DünyaMuharibəSiyasət

“Axios” iddia edir ki, ABŞ və İran arasında Türkiyə, Misir və Pakistan vasitəçilik edir.

Amerikanın “Axios” portalı və İsrail televiziyasının “Channel 12” telekanalı iddia edir ki, Türkiyə, Misir və Pakistan hazırda İran və ABŞ arasında vasitəçi kimi çıxış edir.

“Amerika mənbələrinə görə, son iki gündə Türkiyə, Misir və Pakistan tərəfindən gərginliyin azaldılmasını təmin etmək məqsədilə ABŞ və İrandan mesajlar ötürülüb”, – deyə Axios portalı və İsrailin 12-ci kanalının müxbiri Barak Ravid X-də yazıb.

Aldığı məlumata görə, “bu üç ölkənin yüksək vəzifəli rəsmiləri Ağ Evin nümayəndəsi Stiv Vitkov və İranın xarici işlər naziri Abbas Əraqçi ilə ayrıca danışıqlar aparıblar”. “Vasitəçilik davam edir və irəliləyiş əldə edilir. Müharibənin bitməsi və qalan bütün məsələlərin həlli müzakirə olunur. Ümid edirik ki, tezliklə cavab alacağıq”, – adı açıqlanmayan mənbə Ravidə bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Dohada gözlədi, İran gəlmədi

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor

Rusiya Giriş Qaydalarını Sərtləşdirir: Azərbaycan Vətəndaşları üçün Nə Dəyişiklik Edəcək?

redaktor