Ərəb dünyasının iki böyük dövləti Misir və həm Səudiyyə Ərəbistanı İranı Fars körfəzi bölgəsi sabitliyi və təhlükəsizliyini pozmaqda ittiham edən birgə bəyanat yayıblar.
Misir prezidenti Əbdülfəttah Sisi və Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman görüşdə İranın hava hücumlarına qarşı artıq, dərin əməkdaşlıq etmək barədə rəsmi razılığa gəliblər. Qahirə Ər-Riyadla tam həmrəyliyini vurğulayıb, körfəz ərəb dövlətlərinə hücuma qətiyyətli cavaba qoşulacağını bildirib.
Razılaşma Ərəb Liqası tərəfdən dəstəklənib.
Misir və Səudiyyə Ərəbistanının bu gedişləri daha geniş anti-İran koalisiyası yaratma yönlü addımdır. Bu da İrana qarşı çox böyük maddi trilyonlar əsaslı hərbi savaşın genişlənməsidir.
Yaxın Şərqdəki müharibə dördüncü həftəsinə qədəm qoyur. İran rejimi ətrafındakı cəbhəyə Avropa və Ərəb dünyasının qoşulması prosesi ilə tədricən görünməmiş.çox böyük koalisiya formalaşır. Və bu qədər maddi, hərbi potensial qarşısında İran rejimi Rusiya və Çin tərəfdən nə qədər dəstəklənsə də belə, çətin duruş gətirsin.
İran rejimi özü yaradır özünə qarşı bu qüvvələri, konkret ABŞ və İsrail zərbələrinə cavab əvəzinə çox müxtəlif ölkələrə raket atəşləri ilə regionda terror, qorxu yaradaraq. Xüsusən, 4000 km aralı Dieqo Qarsiya adasına raket atmaqla, İran bir o qədər də məsafədəki Avropanı özünə qarşı tam ayıltdı kı: bunu, çox rahat Avropaya da ata bilər.
P. S.
Bu müharibə İran rejiminin iç üzünü açdı tökdü. Həqiqəti deyirəm və tam dürüst. Göstərdi ki, bu dini rejim başı çalmalı, əyni əbalı bandit, terrior çətəsidir əslində. Bunların əlindən nə desən nə istəsə gələr. Bunlarda dövlət səviyyəsi, rəsmilik məsuliyyəti deyilən şey yoxdur. “Əmrikə” “İtrail” deyib onlara qarşı düşmən, yer üzündən silmək ideologiyası aparır ABŞ-a və İsraillə. Onlar da ki, bununla açıq savaşa başlayandan, bu da onları qoyub, bütün region ölkələrinə, hara gəldi raket atır, qorxu yaratmaq üçün, heç nəyə baxmadan.
Hansı əməldir bu rejiminki, ktiminoloji, motivli baxımdan? Natural başkəsən banditlik və qatı terrorçuluq. Təxminən, İŞİD, Əl-Kaida kimi. Elə bilin ki, bir qrup bandit, bir qrup uşağın, qadının boğazına bıçaq dirəyib, “kəsirik” deyib bankdan milyonla pul tələb edir. Uşaq, qadının nə suçu, günahı? Veclərinə də deyil. Bu da elə, regionun savaşla əlaqəsiz ərəb ölkələrinə, ya, Türkiyəyə dağıdıcı raketlər atır ki, ABŞ, İsrail geri çəkilsin. Gör ki, bunlarda nüvə silahı olsa nələr edərlər?
