11 C
Bakı
14 Mart 2026 12:26
DünyaSiyasət

ABŞ Xameneinin başına 10 milyon dollar pul qoydu

ABŞ Dövlət Departamenti cümə günü Müctəba Xameneyi haqqında məlumat verən hər kəsə 10 milyon dollar mükafat təklif etməsi ilə bağlı açıqlama yayıb.

Bu barədə ABŞ Dövlət Departamentinin “Rewards for Justice” (“Ədalət Mükafatları Proqramı”) bölməsi sosial media hesabında məlumat yayıb.

“Bizə məlumat verin. Verdiyiniz məlumatlar mükafat qazanmağınıza və köçmək imkanından yararlanmağınıza kömək edə bilər”, – deyə paylaşımda qeyd olunub.

Paylaşımda Müctəba Xamenei ilə yanaşı, İranın bir sıra yüksəkvəzifəli şəxslərinin də adları yer alıb. Bunlar arasında Ali Liderin ofisinin keçmiş rəhbərinin müavini Əli Əsgər Hicazi, general-mayor Yəhya Rəhim Səfəvi, Əli Laricani, İranın daxili işlər naziri İskəndər Mumini və kəşfiyyat naziri İsmayıl Xətib də var.

Bundan əlavə, şəxsiyyətləri açıqlanmayan, lakin İran Müdafiə Şurasının katibi, Ali Liderin müşaviri, Ali Liderin hərbi ofisinin rəhbəri və İran İnqilab Keşikçiləri Korpusunun komandiri kimi vəzifələr də siyahıda qeyd edilib. (Milli.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Putin 80 min vətəndaşını Ukraynaya savaşa göndərdi

redaktor

Qazaxın kəndlərinə girən 24 erməni saxlanıldı

redaktor

AB Ukraynaya 1 milyard avro ayırdı

redaktor