CəmiyyətSiyasət

Alya Yaqublu Tofiq Yaqubludan nə istədi?

Tanınmış jurnalist Alya Yaqublu həbsxanada aclıq aksiyası kecirən Tofiq Yaqubluya müraciət edib:

“Ötənlərdə sosioloji bir araşdırmadan oxumuşdum ki, hansı ölkədə və hansı şərtlərdə yaşamağından asılı olmayaraq hər bir insan həyatında bircə dəfə də olsa, özünə ölüm arzulayır.

Yəni nədənsə çox pis bezəndə, nəyəsə çox pis hirslənəndə “Ölsəydim, canım qurtarardı” deyə bilir hamı.

Amma və lakin!

Bezib, hirslənib, “Kefim belə istəyir” deyib intihar eləyənlər yox dərəcəsindədi. Çünki insanları canına qıymaqdan çəkindirən ən azı bir səbəb var – övladları.

Ən dərin qəzəbimiz, ən ağır məğlubiyyətimiz, ən sərt hikkəmiz belə onlara olan sevgimizi, onlar qarşısındakı məsuliyyətimizi üstələyə bilməz. Üstələməmlidi.
Bizim eqomuz onların əzabına çevrilməməlidi.

Əzizim Tofiq, sənin övladların həyatın ən ağır zərbələrindən birini alıblar zatən – gənc bacıları yanlarında yox, torpağın altındadı.
Bir də sən ürəyini üzmə onların, dayandır aclığı.
Sən bu yumruğu mübarizə adına qaldırmışdın, günün birində əzizlərinin ömrünə endirmək üçün yox”. (Azadlıq qəzeti)

 

Tacxeber.com

Oxşar xəbərlər

Uşaqlar arasında yayılan xəstəlik nədir? – HƏKİM DANIŞDI

redaktor

Nazir açıqladı: Yüksək nəticə göstərən müəllimlər…

redaktor

Ruslar bu ölkədən qovulurlar – Səbəb

redaktor