DünyaSiyasət

Hər iki Azərbaycanın uğurları hələ irəlidədir.

Fulya Öztürkün Təbrizdən, Tehrandan yaydığı reportajlar barədə bir-birinə tam əks olan fikir və mübahisəli dəyərləndirmələr getdi. Bu gün də fərqli, ziddiyyətli, əks-qütblü söhbətlər olur.

Doğrusu, ABŞ-İran müharibəsinin qızğın dövrü diqqətimi miqyaslı strateji hadisələrə yönəldib, Fulya jurnalistin məsələsinə elə fikir vermədim və görürəm ki, verilməlidir və bir qədər aradım.

Obyektiv dürüstü deyək. Fulya apardığı həmin reportajlardan, adi səviyyədə təhlil qabiliyyətli şəxs belə, görə bilir ki, İran rejimi tərəfdə olub. Heç də, o tay və bu taydakı Azərbaycan türkü təəssüblü olmayıb, hələ bir qədər, ziyanlı edib. Haqqı da unudub. İstənilən jurnalist, xüsusən belə təlatümlü anlar, yön-mövqeyini bəlli edir. Çox sevimli Fulya, Qarabağdakı Fulya olmadı.

Nə demək olar bu halda?

Məcburuq, Fulya xanımın Qarabağdakı fədakar zəhmətlərini və ona yönlü gözəl hisslərimizi bir andaca yerə vurmamaq üçün, ona empati hissi ilə yanaşaq. Xanım, gözləntimiz kimi soyadına uyğun, türk milli əqidəlidən bir az çox, peşəkar jurnalist və çörək yediyi ofisinə də sadiq icraçı əqidəli kimi məlum oldu. Tapşırıq yerinə yetirdi. Olsun, sadiqlik, intizam özü az xüsusiyyət deyil.

İkinci də, Fülya olmur, kim olursa-olsun, İranda sərt, total nəzarətin altında, ssenarisi əvvəldən qurulmuş rejimə tərəfdar nümayiş səhnəsində reportajı nəinki, başqa cür yayımlaya bilməzdi, təhlükəli də olardı. İranda 3 dəfə araşdırma ilə səfərdə oldum və oradakı sərtliyi yaxşı bilirəm.

Nə isə, keçmiş olsun, İrandakı soydaşlarımızın taleyi Yaradana və Xalqın böyüklüyünə bağlıdır. Hər iki amil analizlə deyim ki, tam mövcuddur. Bir jurnalistin, bir reportajı ilə, geriləyə-irəliləyə bilməz, bir möhtəşəm Tale! Hər şey yaxşı olar. Hər iki Azərbaycanın uğurlu gələcəyi irəlidədir.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

İki ilə nüvə müharibəsi başlayacaq, milyonlarla insan öləcək – SENSASİON DETALLAR

redaktor

Azərbaycanı sümürənlərdən biri Mixail Zabelin nə işə yarayır?

admin

Çin zibil çatışmazlığı ilə bağlı həyəcan təbili çalır.

admin