DünyaSiyasət

“Epik qəzəb-Kükrəyən Aslan” əməliyyatının ilk nəticələri

İrandan ərazicə dəfələrlə kiçik İraqda Bəəs rejiminə son qoyan “İraq Azadlığı Əməliyyatı” (Operation Iraqi Freedom) təxminın 40 gün davam etmişdi. Səddam Hüseynin devrilməsi və həbs edilməsi ilə nəticələnən əməliyyat 20 mart 2003-cü ildə başlamış, 01 may 2003-cü ildə başa çatmışdı. Bu əməliyyata ABŞ, Böyük Britaniya, Avstraliya və Polşanının qoşunlarından ibarət 467 min nəfərlik hərbi birləşmə cəlb olunmuşdu.
Müammar Qəddafi 42 illik diktaturasına son qoyan “Vahid Qoruyucu” (Unified Protector) əməliyyatı yeddi aydan artıq davam etmişdir. Vahid Qoruyucu” əməliyyatı 19 mart 2011-ci ildə başlamış, 31 oktyabr 2011-ci ildə başa çatmışdı. NATO-nun komandanlığı altında həyata keçirilən əməliyyatda ABŞ, Böyük Britaniiya, Fransa, İspaniya, Danimarka, Kanada, Belçika, Yunanıstan, Norveç, Türkiyə, Niderland, Rununiya, Bolqarıstanla yanaşı Alyansa üzv olmayan İsveç, İordaniya, Qətər və Birləşmiş Ərəb Əmirliyi qoşulmuşdu.
ABŞ və İsrailin İrana qarşı “Epik qəzəb” ( Epic Fury)-“Kükrəyən Aslan” (מבצע שאגת הארי‎) adlı əməliyyatı cəmi 14 gündür başlayıb. Dini ideologiya üzərində formalaşmış və strukturlaşmış 47 illik totalitar rejimin 14 günlük hərbi əməliyyat nəticəsində devrilməsini gözləmək naşılıq olardı. Bu mənada ABŞ VƏ Israilin məqsədlərinə çata bilmədikləri haqqında fikirlər səfsəfədən başqa bir şey deyil.
Təxminən iki həftəlik əməliyyatın nəticələri isə İran üçün çox ağırdır. Əməliyyatın ilk günlərində İranın Ali Rəhbəri, İslam İnqilabı Keçikçiləri Korpusunun Komandanı, Müdafiə naziri başda olmaqla onlarla rəhbər şəxsi öldürülb, silahlı qüvvələrin hərbi gücü əsaslı şəkildə məhv edilib. İranın 28 fevraldan, yəni “Epik qəzəb-Kükrəyən Aslan” əməliyyatının başlanmasından öncəki günə qədər olan hərbi gücünü bərpa etməsi üçün on illər və yüz milyard dollarla vəsait lazımdır. İranın isə belə vəsaiti bir daha olmayacağı kimi, 28 fevraldan əvvəl mövcud olan hərbi gücünü bərpa etmək üçün zamanı da olmayacaq. İki həftəlik əməliyat nəticəsində Yaxın Şərqin üç gücündən biri hesab olan İran artıq regional güc deyil.
“Epik qəzəb-Kükrəyən Aslan” əməliyyatının ilk 14 günün əsas hərbi-siyasi nəticəsi isə ondan ibarətdir ki, İsrail Yaxın Şərqin əsas hərbi-siyasi gücünə çevrilib və bölgədə yeni geosiyasi vəziyyət yaradıb. Bundan sonra regionda gedən proseslərin istiqamətini əsasən İsrail müəyyən edəcək. Bundan sonra Çin, Rusiya, İran və Şimali Koreyadan ibarət CRINK şər qütbünün formalaşması da artıq mümkün deyil. “Epik qəzəb-Kükrəyən Aslan” əməliyyatı nəticəsində İranın hərbi-siyasi gücü ilə yanaşı CRINK da ağır zərbə alıb. Bundan sonra Çin və Rusiyanın ABŞ-a qarşı qütb formalaşdırmaqları mümkün olmayacaq. Əksinə, ABŞ-ın hərbi-siyai gücünü daha da artıracaq yeni regional ittifaqın (“Xəzər asayişi” Alyansı) formalaşacağı ehtimalı kəskin artıb. Şərti olaraq “Xəzər asayişi” Alyansı adlandırdığım bu hərbi-siyasi ittifaq 50 milyonluq Böyük Azərbaycana gedən ən qısa yoldur.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

İran prezidenti: İsrail şəhərlərini yerlə-yeksan edəcəyik

redaktor

Zelenski: Rusiya Ukraynaya 50 raket və 500 dronla hücum edib

redaktor

ABŞ-də yəhudi icmasının lideri ÖLDÜRÜLDÜ.

admin