26 C
Bakı
28 Sentyabr 2026 11:50
DünyaSiyasət

Tramp İranla müharibənin “tezliklə” bitəcəyini, çünki vurulacaq heç bir şey qalmadığını söylədi.

ABŞ prezidenti Donald Tramp çərşənbə günü Axios-a qısa telefon müsahibəsində İranla müharibənin “tezliklə” başa çatacağını, çünki “zərbə vurmaq üçün demək olar ki, heç bir şey qalmadığını” bildirib.

Tramp dedi: “Bir az burada, bir az orada… Nə vaxt bitməsini istəsəm, bitdi. Müharibə əla gedir. Biz qrafikdən çox irəlidəyik. Hətta ilkin altı həftəlik dövrdə belə, mümkün hesab etdiyimizdən daha çox ziyan vurmuşuq.”

Prezident qeyd edib ki, İranın “düşmənçiliyi” təkcə İsrail və ABŞ-a deyil, həm də Fars körfəzi ölkələrinə də şamil olunur.

“Onlar bütün Yaxın Şərqə hücum etdilər. İndi isə 47 illik ölüm və dağıntıların əvəzini ödəyirlər. Bu, qisasdır. Onlar asanlıqla qurtula bilməyəcəklər”, – deyə Tramp bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski: Bir həftə ərzində 10 mindən çox rus əsgəri zərərsizləşdirilib

redaktor

Tramp Zelenskinin Rusiyanın neft emalı zavodlarına endirilən zərbələrin azaldılması tələbinə verdiyi cavabı açıqlayıb

redaktor

İki qardaş arasına nifaq salmaq asan deyildir…

redaktor