10 C
Bakı
11 Mart 2026 19:28
HadisəQalmaqalŞikayət

Azər Qasımlı 12 il həbs cəzası aldı

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlıya 12 il həbs cəzası kəsilib. Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Telman Hüseynovun sədrlik etdiyi hakimlər onun haqqında belə hökm çıxarıb.

Hökmə əsasən, A.Qasımlı Cinayət Məcəlləsinin 182.3.2 (hədə-qorxu ilə tələbetmə, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsi ilə təqsirli bilinib. İddia olunur ki, politoloq Qurbanəli Yusibov adlı şəxsi oğlunu qaçırmaq, atasını öldürmək ilə hədələyib, ondan pul tələb edib.

“Həm azadlığımı, həm də əmlakımı əlimdən alıblar”

A.Qasımlı isə hökmdən öncə son sözündə bu ittihamın yalan olduğunu və siyasi sifarişlə şərlənərək həbs edildiyini deyib. O vurğulayıb ki, nəinki cinayətkar deyil, heç cinayətə yaxın əməli də olmayıb.

“Məhkəmə istintaqı da bunu göstərdi. İttihamı sübut edəcək nə bir şahid, nə də başqa bir dəlil var. İttiham boş söz yığını, yalanlardan ibarətdir. Bu işdə yeganə zərərçəkmiş tərəf mənəm. Həm azadlığımı, həm də əmlakımı əlimdən alıblar. Hər kəs bilir ki, mənim həbsim siyasi sifariş əsasında baş verib”, – A.Qasımlı son sözündə belə deyib. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Minimum əməkhaqqı ilə vətəndaşın xoşbəxt olması mümkün deyil”

admin

Taleh Qaraşovun qardaşı oğlu həbs olundu – Rəsmi

redaktor

“Məhkəməni səhnəyə çevirmə!”

admin