23.1 C
Bakı
08 İyun 2026 13:51
DünyaGündəmSiyasət

Makron İranın hücumundan sonra Azərbaycana dəstəyini bildirdi

Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Makron İranın ölkə ərazisinə hava hücumu ilə əlaqədar Azərbaycana həmrəylik və dəstəyini ifadə etdi, həmçinin Fransa vətəndaşlarının İrandan Azərbaycan vasitəsilə təxliyəsi üçün şərait yaratdığına görə dövlətimizin başçısına təşəkkür etdi.

Prezident İlham Əliyev telefon zənginə və göstərilən həmrəyliyə görə minnətdarlığını bildirdi.

Telefon danışığı zamanı tərəflər Cənubi Qafqaz regionunda sülhün möhkəmləndirilməsi və Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin bərpası ilə bağlı fikir mübadiləsi aparıb və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

 

Tacxeber.com

Oxşar xəbərlər

Gələcək insanı gözləmədən gəlir

admin

Hakimiyyət niyə belə edir?

redaktor

İşdən çıxarılan general-leytenant kimdir?

redaktor