DünyaSiyasət

İranın Azərbaycana açıq hərbi təhdidi

İranın ən yüksək hərbi qərar qəbuletmə orqanı olan Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı Azərbaycanı çox açıq mətinlə təhdid edib.

İran Silahlı Qüvvələrinin Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfikari Azərbaycana müraciət edərək bildirib ki, bölgədə münaqişənin yayılmasının qarşısını almaq üçün israillilər ölkədən qovulmalıdır. “Biz Azərbaycan Respublikasına bildiririk ki, regionda münaqişənin artmasının qarşısını almaq üçün israilliləri ölkədən çıxarmalıdır.”

İranın ən yüksək hərbi qərar qəbuletmə orqanı olan Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının bu açıqlaması terror rejiminin Azərbaycana qarşı müharibəyə hazırlaşdığının göstəricisi kimi dəyərləndirilməlidir. Başını itirmiş terror rejimi quduzlaşmış vəhşi heyvana döndüyü üçün indi 28 fevral 2026-cı ildən öncəki dövrlə müqayisədə daha da təhlükəlidir.

Quduzlaşmım terror rejiminin təhlükəsinin artdığı bir vaxtda Azərbaycanda İran təbliğatının aparılması, vətəndaşların dini və insani duyğularından düşmənə rəğbət yaratmaq üçün sui-istifadəsinin qarşısı qanunun bütün sərtliyi ilə alınmalıdır.
Quduzlaşmış terror rejiminə rəğbət vətənə və dövlətə xəyanətdir.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ, NATO və Zelenski ukraynalılara sui-qəsd edir – Markov

redaktor

Kreml sahibi İrana görə Trampla münasibətləri korlamayacaq.

admin

Makron Cənubi Qafqazda “Rus dünyası” yaradır – Ukraynanın ən böyük xəbər nəşri

redaktor