Çox uzaqdan başlayaraq bəzi önəmli suallara cavab verək ki, Azərbaycanın İranla hərbi toqquşmasının ehtimalını düzgün qiymətləndirək.
İlk növbədə bir suala cavab verək, Trampın İrana qarşı hərbi müdaxiləsi ABŞ qanunvericiliyinə söykənirmi?
1973-cü ildə ABŞ Konqresi Prezident Riçard Niksonun “veto”sunu aşaraq “War Powers Resolution” adlı qanun qəbul etmişdi. Bu qanuna əsasən ABŞ Prezidentinin Konqresin icazəsi olmadan 60(+30*) gün ərzində müharibə aparmaq səlahiyyətləri var.
* 60 gün müharibə üçün nəzərdə tutulub, 30 gün isə qoşunların geri çəkilməsi üçün, amma faktiki olaraq 90 gün tam qanuni sayılır.
Yuxarıdaki suala cavab olaraq deyə bilərik ki, bəli, Tramp ABŞ qanunvericiliyə çərçivəsində hərbi əməliyyat aparır.
Sonra
ABŞ nə vaxt hərbi əməliyyatı yekunlaşdırmaq fikrindədir?
Təbii ki, ABŞ-ın apardığı hərbi əməliyyat çox ciddi maliyyə vəsaiti tələb edir, bu vəsait isə Pentaqonun illik büdcəsində nəzərdə tutulmayıb. “İran kampaniyası” Pentaqon üçün gündə təxminən 0.9-1 milyard dollar civarında başa gəlir(ilk 100 saatda xərclər 3.7 milyard dollar təşkil etmişdi). Hal-hazırda ABŞ ordusu faktiki olaraq “borc”a savaşır, amma Ağ Ev bu “borc”u qaytarmalı olacaq və bu məsələdə rəqəm(!) çox önəmlidir.
Bir neçə gün qabaq məlumat yayılıb ki, Tramp ABŞ Konqresindən əlavə 50 milyard dollar istəyəcək, təbii ki, bu vəsait hərbi xərcləri qarşılamaq üçün nəzərdə tutulacaq.
Bu 2 xəbəri yan-yana qoysaq, görərik ki, ABŞ-da hərbi əməliyyatı təxminən 2 ay üçün planlaşdırırlar.
Hərbi amillərlə yanaşı, siyasi amillər də var. Əməliyyat ABŞ-ın müstəqillik günü olan 4 iyul tarixinə qədər bitməlidir. Noyabrda isə Konqres seçkiləri keçiriləcək. Buna görə də Tramp administrasiyası uzunmüddətli müharibənin respublikaçıların reytinqinə zərər verməməsi üçün qısa, amma intensiv əməliyyat planlaşdırıb.
Sonra
Dünya mətbuatında “Trampın planı yoxdur” tezisi tirajlanır(adətən bunu ABŞ demokratlarına simpatiyası olan medialar yazır). Trampın həqiqətənmi planı yoxdur?
Tramp İranın 100%-lik kapitulyasiyasını istəyir.
Venesuela presedentini xatırlayın ABŞ özünə loyal olan hökumətə “yaşıl işıq” yandırıb və həmin hökumət ABŞ-la əməkdaşlıq edir, xüsusilə də neft məsələsində.
Əlbəttə, İran Venesueladan xeyli mürəkkəb ölkədir, amma prinsip eynidir.
ABŞ və İsrail İranın Quru Qoşunlarını, Hərbi Dəniz Qüvvələrini, Hərbi Hava Qüvvələrini, onun hərbi-sənaye kompleksini, raket və nüvə obyektlərini, eləcə də hakimiyyətin ən ciddi fiqurlarınl tam şəkildə məhv etmək, “sıfırlamaq” fikrindədir.
Bundan sonra İranda qalan siyasətçilər ABŞ-a siqnal verəcəklər ki, əməkdaşlığa hazırdırlar və ABŞ-a daha loyal hökumət qurmağa razıdırlar.
Onlar ictimai şəkildə yenə də ABŞ və İsraili lənətləyə bilərlər, amma əsas olan onların nə deməsi yox, nə etməsidir. Bu da əslində kapitulyasiyadır, xarabalıqlar üzərində kapitulyasiya.
İran hakimiyyəti hal-hazırda çox çətin durumdadır, ölkə günlər ərzində yox, saatlar ərzində məhv edilir və əməliyyat planlaşdırıldığından da daha sürətli və uğurlu gedir.
İranın məğlubiyyəti artıq müzakirə və ya spekulyasiya mövzusu deyil, bu, çox yaxın gələcəyin faktıdır.
Azərbaycan
Əslində İranın son günlər ərzində seçdiyi strategiya(ABŞ və İsraillə müttəfiq dövlətlərə zərbələr) aqoniyadan başqa bir şey deyil və bu baxımından İranın Azərbaycana zərbəsi heç də təəccüblü deyil, yəni bu zərbə İranın seçdiyi strategiya çərçivəsindədir. Xatırladım ki, Azərbaycan İsrailin strateji müttəfiqidir və ABŞ-ın da müttəfiqi sayılır(ələlxüsus TRİPP layihəsinin həyata keçiriləcəyindən sonra).
Yuxarıdaki, müddətləri(2 ay) və planlaşdırmaları(İranın kapitulyasiyası) nəzərə alaraq Azərbaycanın hər hansı hərbi müdaxiləsinə heç ehtiyac da olmayacaq, İranda loyal hökumət qurulacaq və regionda yeni təhlükəsizlik arxitekturası qurulmağa başlayacaq.
Ən azı belə planlaşdırılır…
