ABŞ Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri Den Keyn(bu vəzifə bizdəki BQ rəisinin analoqudur) bəyan edib ki, İranın zərbə intensivliyi kəskin azalıb: raket zərbələri 86%, dron zərbələri isə 73%. Bu həqiqətdirmi?
Müharibənin ilk günündə İranın endirdiyi zərbələr say baxımından kifayət qədər ciddi rəqəm təşkil edirdi, müqayisə üçün Rusiya Ukraynaya yanvar ayında 160 raket atmışdı, İran isə 28 fevralda 350 raket atmışdı, yəni İranın 1 gün ərzində atdığı raketlərin sayı Rusiyanın 1 ay ərzində atdığı raketlərin sayından 2 dəfədən çox idi.
Təbii ki, ilk gün(lər)də belə intensivlik ərəb ölkələrində şok effekti yaşatmışdı, amma çox qısa zaman ərzində müttəfiqlərin İranın hərbi infrastrukturuna davamlı və son dərəcədə intensiv zərbələri nəticəsində İranın zərbə potensialı sürətlə əriməyə başladı.
Statistikaya diqqət yetirək, İranın atdığı raketlər:
28 fevral: 350 raket;
1 mart: 175 raket;
2 mart: 120 raket;
3 mart: 50 raket.
Den Keynin sözlərini yadımıza salaq: İranın raket zərbələri intensivliyi 86% enib. 28 fevralla(350 raket) 3 martı(50 raket) müqayisə etsək, görərik ki, həqiqətən intensivlik nə az, nə çox düz 86% enib.
Müttəfiqlərin zərbə intensivliyi isə əksinə artır, və yaxın günlərdə B-2 Spirit ağır bombardmançıları və 900 kq-lıq bombaları daha çox iş başında görəcəyik, niyə? Böyük Britaniya ABŞ-a Dieqo-Qarsiyada yerləşən HHQ bazalarında B-2 Spirit-ləri yerləşdirməyə icazə verdi bu da öz növbəsində ağır aviasiyanın uçuş məsafəsini azaldacaq və uçuş intensivliyini artıracaq. Başqa sözlərlə, atılacaq 900 kq-lıq bombaların sayı da kəskin artacaq(ağır bombalar yeraltı obyektlər üçün nəzərdə tutulur).
