DünyaSiyasət

Varislik, yoxsa inqilabın sonu?

İran yeni lider seçdi. Bu, sadəcə ad dəyişikliyi deyil. Bu, istiqamət seçimidir.

Əgər doğrudan da Müctəba Xamenei ali rəhbər postuna gətirilibsə, bu qərar İranın siyasi tarixində simvolik dönüş nöqtəsidir. 1979-cu il inqilabı monarxiyanı devirdi. İndi isə sistem faktiki olaraq varislik modelinə keçir. İnqilab irsə çevrilir.

Bu seçim Qərblə anlaşma ssenarisinin üzərindən xətt çəkir. Çünki varislik həmişə təhlükəsizlik institutlarının razılığı ilə mümkündür. SEPAH və sərt xətt tərəfdarları dəstəkləməsəydi, belə keçid mümkün olmazdı. Bu isə o deməkdir ki, İran danışıqlar yox, müqavimət xəttini davam etdirməyə qərar verib.

Varisliyin ən böyük problemi legitimlikdir. İnqilab ideologiyası “xalq hakimiyyəti” üzərində qurulmuşdu. Ata yerinə oğul modeli isə siyasi-teoloji sistemin respublika deyil, faktiki dini-monarxiya modelinə çevrildiyini göstərir. Bu, daxildə səssiz narazılıq yarada bilər.

Region üçün mesaj daha sərtdir. Yeni rəhbərlik kompromis simvolu deyil. O, təhlükəsizlik strukturlarının siyasi uzantısı kimi qəbul olunarsa, Tehran–Vaşinqton xətti daha da sərtləşəcək. ABŞ açıq şəkildə “rejim dəyişikliyi” deməsə də, İranın davranışı dəyişmədiyi halda təzyiqlərin davam edəcəyini gizlətmir.

Bu qərar İranı iki yoldan birinə aparır: ya uzunmüddətli iqtisadi təcrid və hərbi balans siyasəti, ya da daxili sistemin daha da sərtləşməsi.

Ən sərt həqiqət isə budur: hakimiyyət şəxsləşdikcə sistem zəifləyir. Sistem zəiflədikcə təhlükəsizlik daha çox silaha söykənir. Silahın dili isə diplomatiyanın dilini əvəz edir.

İran yeni lider seçməklə təkcə rəhbər dəyişmədi. O, gələcək kursunu seçdi.

Və bu kurs barış deyil. Bu kurs müqavimətdir.

O da bəri başdan bəllidir ki, ABŞ və İsrail Hizbullah misalı oğul Xamneini də aradan götürməyə çalışacaq…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Ramiz Mehdiyevin 50 nəfərlik xəyanət çetesində kimlər yer alıb?

admin

İstanbul danışıqları öncəsi müəmmalı vəziyyət – Zelenski narahatdır

redaktor

Həbsdə olan YAP-çı qadın aclıq etmir – AÇIQLAMA

redaktor