DünyaMuharibəSiyasət

İranda müvəqqəti idarəetmə şurası yaradılır

Son məlumatdır bu. Ə. Xameneinin ölümündən sonra İran dövləti müvəqqəti olaraq, prezident və məhkəmə hakimiyyətinin başçısından ibarət hələ müvəqqəti Şura tərəfindən idarə olunacaq.

İrana müvəqqəti olaraq İran prezidenti Məsud Pezeşkian, məhkəmə hakimiyyətinin rəhbəri və Konstitusiya Qoruma Şurasının üzvü olan şəxs rəhbərlik edəcək. Bu barədə İranın xəbər İRNA agentliyi İranın hazırkı Birinci vitse-prezidenti Məhəmməd Möhberə istinadən məlumat yayıb.

Beləliklə, İranı idarə edəcək bir müvəqqəti Şura yaradılır və Şuranın da sədri M. Pezeşkian olur. Amma bu Şura, indi hələ ki, müharibə dövrünə aiddir. Və sonra çox güman ki, ABŞ qalib gəlib, ölkəni nəzarətə götürəndən sonra bu şura ilə bağlı 2 variant ola bilər. Ya, bu şura saxlanılar və Peseşkianın sədrliyində ABŞ-la əməkdaşlıq edər. Ya da yeni, müxtəlif tərkibli Şura yaranar və yenə Pezeşkian düşünürəm ki, Şurada olar. Sədr kimi ki, ya yox, bu Trampdan asılı olacaq.

Ancaq, hələ ki, müharibə gedir. Görək necə olur. Trampın müharibəni udub ölkəni də, nəzarətə alması, Pezeşkianın şuraya üzv və sədr olmaq şansı da çoxdur, sonra yeni ölkənin prezidenti.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda su BAHALAŞACAQ? – Rəsmi cavab

redaktor

Netanyahudan iranlılara MÜRACİƏT: “Biz müharibə istəmirik” – VİDEO

redaktor

Nikol üçün “Böyük pərişanlıq”: hamı bezib… – Korotçenko

redaktor