16 C
Bakı
28 Sentyabr 2025 00:02
Dünya

Yeni Zelandiya rus mediasına sanksiya tətbiq etdi

Yeni Zelandiya Ukraynanı işğal etdiyinə görə Rusiyaya, xüsusən də təbliğat mediasına və “Vaqner” muzdlu qruplaşmasına qarşı sanksiyalar tətbiq edib.

Tacxeber.com xəbər verir ki, bunu Yeni Zelandiyanın xarici işlər naziri Nanaya Maquta deyib.

“Ukraynaya davamlı dəstəyimiz çərçivəsində 14 fiziki və 7 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edirik. Siyahıya hərbçilər, müdafiə strukturları və onların rəhbərləri, Rusiyanın nəzarətində olan dezinformasiya mediası, hərbiləşdirilmiş təşkilat və onun komandirləri daxildir. Sanksiya tətbiq edilən şəxslər arasında raket və odlu silahlar hazırlayan və istehsal edən şirkətlərin rəhbərləri və səhmdarları, “Vaqner” muzdlu qruplaşması ilə əlaqəli hərbiləşdirilmiş qrupların üzvləri var. Rusiya dezinformasiya mediası, xüsusən də “İnfoRos” xəbər agentliyi, eləcə də Krımın təbliğat-təşviqat telekanalı “NewsFront” da sanksiyalara məruz qalıb”, – o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Putindən Əsədə sərt qadağalar

redaktor

Labubunun populyarlığı artdıqca, Çində “oyuncaq həkimləri” meydana çıxdı

redaktor

Kadırovdan təklif: “Prezident seçkilərini ləğv edək”

redaktor