28.5 C
Bakı
16 İyul 2026 13:25
DigərDin

Dəccal və troll nədir???

Dəccal, İslam dinində Axır Zaman inancında yalanı həqiqət kimi göstərmək, haqqı ört-basdır etmək, insanları aldatmaq və manipulyasiya etmək üçün ortaya çıxan fitnə simvoludur.

Onun əsas gücü zorakılıqda deyil, aldatmaqda və şüuru səhv yönə yönləndirməkdədir.

Trol isə Skandinaviya mifologiyasında insanlara zərər verən, yalan danışan, çox vaxt iri cüssəli və ağılsız kimi təsvir olunan məxluqdur.

Ancaq bu günün trolları Skandinaviya mifologiyasındakı trola yox, İmam Zaman inancında təsvir olunan Dəccala daha çox oxşayırlar. Çünki müasir trollar:
açıq zorakılıqla yox,
yalan informasiya,
psixoloji manipulyasiya,
emosional təxribat və
həqiqətin təhrif edilməsi yolu ilə təsir göstərirlər.

Bu mənada demək olar ki, zamanımızın trolları Skandinaviya mifoloji trolları deyil, funksional olaraq Dəccalın uşaqlarıdırlar — yəni kiçik ölçülü, parçalanmış və çoxsaylı Dəccallardır.

 

İbrahim Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

Sistani niyə Xameneinin cənazəsi üstünə getmədi?

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor

Əqidə, yoxsa ənənə?

redaktor