Hadisə

“Sədərək” ticarət mərkəzində yanğın oldu

“Sədərək” ticarət mərkəzində yanğın oldu

“Sədərək” ticarət mərkəzində yanğın baş verib.

Tacxeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Tacxeber.com

Oxşar xəbərlər

Təcridxanada həkim: “Bunu sənə verməyə ixtiyarımız yoxdur”

admin

Niyə bu qədər adam dənizdə boğulur?

redaktor

Ailəsi: “Ələsgər Məmmədli təcridxanada yenidən ürək tutması keçirib”

admin