Cəmiyyətİdman

Bəhlulun “Qarabağ”dan getməyi reallaşmaq üzrədir

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə karyerasını Çində davam etdirməyə hazırlaşır.

Tacxeber.com  Azerisport. com saytına istinadən yaydığı məlumata görə, futbolçuya “Şençjen Penq Siti” klubundan rəsmi təklif daxil olub. Çin tərəfi həmçinin “Qarabağ”a Mustafazadənin transferi üçün təzminat ödəməyə hazırdır. Hazırda Bəhlulun “Qarabağ”la müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir.

Futbolçu özü də Asiyaya keçmək istəyir, buna görə klub da çıxışına qarşı deyil. Lakin transfer Çempionlar Lİqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl” komandası ilə keçiriləcək oyunlardan asılı olacaq. Əgər “Qarabağ” mərhələni adlasa, Mustafazadə bir müddət komandada qalmalı olacaq.

Çində yeni mövsüm martın 6-da başlayacaq. Əgər Bəhlul ora gedərsə, futbolçu ilə 2+1 illik müqavilə bağlanacaq.

Xatırladaq ki, qış transfer pəncərəsi dövründə Nəriman Axundzadənin ABŞ-ın MLS təmsilçisi “Kolambus Kru” klubuna keçəcəyi gözlənilir.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

 

Oxşar xəbərlər

Qəzada əsas amil: yüksək sürət, yoxsa dönmə manevri?

redaktor

Nazir universitetlərdə təhsil haqlarının artırılmasını istəyir?

admin

Azərbaycanda saytların bloklanması asanlaşdırılır: “Bu, mediada özünüsenzuranı artıra bilər”

admin