DünyaSiyasət

ABŞ Polşa Seyminin sədri ilə əlaqələri kəsib – Trampın ünvanına səsləndirilən təhqirlərə görə

Vaşinqton ABŞ Prezidenti Donald Trampın ünvanına səsləndirilən təhqirlərlə əlaqədar Polşa Seyminin (parlamentin aşağı palatası) sədri Vlodzimej Çajastı ilə bütün əlaqələri kəsmək barədə qərar qəbul edib.

Tacxeber.com xəbər verir ki, bu barədə ABŞ-nin Varşavadakı səfiri Tom Rouz “X” sosial şəbəkəsində yazıb.

“Bu andan etibarən Seym sədri Çajastı ilə heç bir münasibətimiz, əlaqəmiz və ya ünsiyyətimiz olmayacaq. Onun Prezident Trampın ünvanına səsləndirdiyi təhqirlər Polşanın Baş naziri Donald Tusk və hökuməti ilə əlaqələrimiz üçün ciddi problem yaradıb”, – o qeyd edib.

“Biz heç kimə ABŞ-Polşa münasibətlərinə zərər vurmağa, Polşa və polyak xalqı üçün bu qədər çox iş görmüş ABŞ Prezidenti Donald Trampa hörmətsizlik göstərməyə imkan verməyəcəyik”, – diplomat əlavə edib.(Report)

 

Tacxeber.com

Oxşar xəbərlər

Slutski: “Qarabağın qaytarılmasında Azərbaycandan başqa heç bir ölkənin xidməti yoxdur”

redaktor

Bakıda gecə binalar üzərində dronlar niyə uçur?

redaktor

Ermənistan Putinə qarşı QƏRAR VERDİ

redaktor