1 C
Bakı
05 Fevral 2026 20:40
DünyaMuharibəSiyasət

Starlinkin sönməsi və rus ordusunun kor qalması

İlon Maskın Rusiya üçün “Starlink”ləri söndürməsi Rusiya ordusuna bu günə qədər ən ağır zərbələrdən biri oldu

İlk növbədə Ukraynanın  yeni müdafiə nazirin Mixail Fyodorovun və diplomatiyanın gücünü qeyd etmək lazımdır. Diplomatiya-hər kəslə öz dilində danışmaq, hər kəsin zəif nöqtələrini bilməkdir. Ukrayna diplomatiyası İlon Maskın zəif nöqtəsinə “vurdu”.

Sanksiyalar səbəbindən Rusiya “Starlink” sistemlərinə rəsmi çıxış imkanına malik deyil və əgər onlardan istifadə edirsə, bu, qeyri-legaldır, yəni Maskın məhsulunu faktiki olaraq oğurlayırlar. Əgər siz biznesmensinizsə, məhsulunuzun oğurlanmasına göz yummayacaqsınız, ideologiya, simpatiyalar və digər amillər bu məqamda ikinci plana keçir. Normal biznesmen öz məhsulunun oğurlanmasına və bunun bütün dünyanın gözü qarşısında baş verməsinə imkan verməz, bu, biznes üçün ciddi reputasiya zərbəsidir.

Ukrayna diplomatiyası bunu İlon Maska çatdırdı və bu istiqamətdə çox ciddi, uğurlu işlər gördü, nəticə etibarı ilə ruslar üçün “Starlink”lər söndürüldü.

Starlink peyk rabitəsinin Rusiya hərbi birləşmələri üçün söndürülməsi texniki problem deyil, qoşunların idarə olunmasına vurulan fundamental zərbə oldu. Faktiki olaraq cəbhə xəttindəki bölmələr stabil rabitə, kəşfiyyat və koordinasiyadan məhrum edilərək “kor vəziyyətə” salındı.

Müasir müharibə şəbəkələrin, məlumatın və qərarvermə sürətinin müharibəsidir. “Starlink” Rusiya üçün köməkçi alətə deyil, taktiki idarəetmənin əsasına çevrilmişdi: ön xətt bölmələrinin rabitəsi, PUA-ların idarə olunması, artilleriyanın korreksiyası məhz onun üzərində qurulmuşdu. “Starlink” Rusiya ordusunun öz hərbi rabitəsindəki deqradasiyanın “üstünü örtürdü”.

Rabitənin itirilməsi PUA-ların idarə edilməsində ciddi problemlərə, artilleriyanın “kor-koranə” işləməsinə, bölmələr arasında xaosa və itkilərin artmasına gətirib çıxaracaq. Hal-hazırda Rusiyanın ön xətdəki qoşunların böyük əksəriyyəti faktiki “donub” və orduda struktur şoku yaşanır.

Solovyon başda olmaqla propaqandaçılar da isterikaya düşüblər, Trampı İlon Maska zəng etməyə çağırırlar, nüvə silahı ilə kosmosa peyklərə və “Starlink”lərin istehsal zavodlarına zərbələr endirməyə çağırırlar(təbii ki, boş-boş çağırışlardır). İsterika pik həddədir.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Boris Conson və Liz Trass böyük siyasətə qayıtmağı planlaşdırırlar

redaktor

“Məhkəmədə Azər Qasımılının üzünə duran kəs” Samirə Qasımlı yazır

admin

Zelenski Putinin arzusundan DANIŞDI

redaktor