CəmiyyətHadisə

AXCP üzvü “ünvansız fit çaldığına görə” 30 sutkalıq həbs olunub

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha bir üzvü inzibati qaydada həbs olunub.

Partiya fəalı Ceyhun Novruzovun sosial media hesabında verdiyi məlumata görə, AXCP üzvü Anar Ərkivan yanvarın 30-da Sabuncu rayonunda yaşadığı evdən çıxarkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb və 13 saylı polis bölməsinə aparılıb.

Fəal Sabuncu Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddələri ilə təqsirləndirilərək 30 sutkalıq həbs cəzası alıb.

Polis A.Ərkivanın küçədə ünvansız fit çaldığını iddia edib.

“Mən Anarı uşaqlıq vaxtlarından tanıyıram, ziyalı ailəsində dünyaya gəlmiş, mədəni, tərbiyəli və ali savadlı zəhmətkeş insandır. Anar  kimisə səsləyən də narahat etməmək üçün utana-utana çağırır, hələ qalmışdı “fit” çalsın”, – C.Novruzov qeyd edib.

C.Novruzovun iddiasına görə, A.Ərkivanın həbsində məqsəd yanvarın 31-də AXCP-nin Məmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsi önündə keçirdiyi yürüşdə az sayda insanın iştirakını təmin etmək olub.

Son günlərdə bir sıra AXCP fəalları inzibati qaydada həbs olunublar.

Yanvarın 18-i və 19-unda AXCP Binəqədi rayon şöbəsinin üzvü Teymur Salahov və Yevlax rayon şöbəsinin üzvü Şamil Cəfərov müvafiq olaraq 10 və 15 sutka inzibati qaydada həbs olunublar.

AXCP-nin sədri Əli Kərimli də daxil olmaqla 20-yə yaxın üzvü isə müxtəlif ittihamlarla uzunmüddətli həbsdədir.

Onlar bir qayda olaraq ittihamları rədd edir, siyasi fəaliyyətlərinə görə həbs olunduqlarını bildirirlər. (ToplumTV)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Qoz qabıqlarını qaynadıb saçlarınıza çəkin – Faydaları

admin

Toylarla bağlı israfçılıq qadağası absurddur, bu, xəstəlikdir” – Fazil Mustafa

admin

İrandakı səfirliyimizə hücumun yayımlanmayan görüntüləri – Video

redaktor