24.5 C
Bakı
09 İyun 2026 15:37
DünyaSiyasət

Niyə Vans Bakıya və İrəvana gedir, amma Tbilisiyə yox?

Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərin ABŞ-ın vitse-prezidenti J.D. Vensin niyə Tbilisiyə yox, Bakı və Yerevana səfər etməyi planlaşdırması ilə bağlı suallarına münasibət bildirib.

“ABŞ vitse-prezidentinin səfəri TRIPP (Zəngəzur dəhlizi) marşrutu ilə bağlıdır, ona görə də bu səfər üçün əsas ölkələrin Azərbaycan və Ermənistan olması məntiqlidir. Əlavə şərhə ehtiyac yoxdur”, – deyə Kobaxidze bildirib.

O, həmçinin vurğuladı ki, Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığını yeniləməyə hazırdır və onlardan konkret addımlar gözləyir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp əvvəllər vitse-prezident J.D. Vensin fevral ayında Vaşinqtonun Cənubi Qafqazda sülh təşəbbüslərini təşviq etmək üçün Ermənistan və Azərbaycana səfər edəcəyini bildirmişdi.

 

Tacxeber.com

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonundadır

redaktor

Trampla görüş üçün Zelenskinin kostyumunu kim tikib?

redaktor

Putini tələyə salırlar….

redaktor