Trampın Qrenlandiyanı ələ keçirməsinə Putin münasibət bildirib. Deyib ki, o vaxt 7,2 milyon dollara ABŞ bizdən Alyaskanı necə almışdısa, üstünü də bir az düzəldərək Qrenlandiyanı da ala bilər.
Hətta müqayİsə aparıb ki, o vaxtın 7 milyon dolları indinin təxminən 150 milyon dolları deməkdir.
Açığı, bu çıxışa fikir bildirmədən bir də Putinin Trampın onu Sülh Şurasına dəvət emtəsinə və bununun üçün 1 milyard dollar istəməsinə də münasibət bildirərək deyib ki, dəvətə və hörmətə görə sağ olsun, qoşulmaq üçün isə tələb edilən pulu Rusiyanın qərbdə dondurulan aktivlıərindən tuta bilər.
Bu ikilinin dollar, alqı -satqı və təşəkkürlə sevgi dolu məktublaşmasından sonra qısa bir suala da cavab verək:
Rusiya necə oldu ki, Alyaskanı ABŞ-a satdı?
Rusiya Krım müharibəsindən sonra zəifləmişdi və Alaskanı müdafiə edə bilməyəcəyini düşünürdü. Ən böyük qorxu – Britaniya (Kanada vasitəsilə) müharibə zamanı asanlıqla ələ keçirə bilərdi. Rusiya istəmirdi ki, düşməni (Britaniya) yaxınında olsun – buna görə ABŞ-a satmaq daha yaxşı variant idi (ABŞ-la münasibətlər o vaxt yaxşı idi).
Nə biləydilər ki, 30 il sonra qızıl yataqları kəşf ediləcək)
Qayıdaq açaq sözlərə, Putin və Tramp alver edirlər, Putin tarixi analogiya ilə yeni anlaşmaya işarə edir, əslində yeni məsələdə anlaşdıqlarını açıqlayır, pul ilə də ikisi qazanıb, Krımla bağlı isə Rusiyanın 300 milyardlıq donan pullarının buzunu əridəcəklər.
Dollar, torpaq alveri, siyasət və yenə Rusiya -ABŞ.
