DünyaSiyasət

Qrenlandiya ətrafında qovğa sönür… Moskva-Pekin sevinci uzun çəkmədi.

Davosda (İsveçrə) keçirilən növbəti dəfə qlobal iqtisadi (faktiki, siyasi də demək olar) Forumda Qrenlandiya qovğası ilə bağlı Trampın yaratdığı həyəcan, gərginlik deyəsən səngiməyə başlayır.

Tramp anlaşdı və qərarını dəyişdi ..

Foruma yetişdiyi ilk gün: “Qrenlandiya bizimdir və istənilən halda onu götürəcəyik!” təpkilərilə dünyanı həyəcana salan və bu yönlə də Avropa və BMT-ni tənqid edən Tramp bu gün yumşalıb.

Forumu çərçivəsində NATO-un baş katibi Mark Rutte ilə görüşdükdən sonra Avropa ölkələrinə “iqtisadi cəzalı” tariflər tətbiqi fikrindın daşınıb. Hansı ki, neçə gün əvvəl Qrenlandiya məsələsi ilə razılaşmadığına görə 10 və sonra 25% əlavə tarif elan etmişdi fevralın 1-dən Avropaya qarşı.

Trampın sözlərinə görə, NATO-nun baş katibilə danışıqda onlar, Qrenlandiya və bütün Arktika regionu ilə bağlı gələcək vacib razılaşma üçün çərçivə yarada biliblər:

“Bu qərar tətbiq olunarsa, bu Amerika Birləşmiş Ştatları və bütün NATO ölkələri üçün tam böyük fayda olacaq. Buna əsaslanaraq da, 1 fevralda qüvvəyə minməsi planlaşdırılan tarifləri tətbiq etməyəcəyəm”, – deyə Tramp bəyanatla bildirib.

Rutte-Tramp (NATO-ABŞ) razılaşması…

Məlumata görə, ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte arasındakı danışıq Qrenlandiya müqaviləsi Danimarkanın ada üzərində suverenliyini nəzərdə tutur. NATO məqsədəuyğun hesab etdirsə, ABŞ-a bu adada hərbi bazalar qurma icazəsi verən 1951-ci ilin ABŞ və Danimarka arası Qrenlandiya Müdafiə Sazişini yeniləyəcək. Bu da mümkün olan işdir.

NATO Baş katibi təklifi ilə müqaviləyə həmçinin Amerika “Qızıl Günbəz” sistemin Qrenlandiyada yerləşdirilməsi, Arktika bölgəsində NATO ittifaq fəaliyyətinin artırılması, həm, Qrenlandiya üçün təhlükəsizliyin gücləndirilməsi və “xammal üzrə əlavə iş” daxildir. Sazişdəki digər bir bənd ada – Qrenlandiya ərazisində Rusiya və Çinin “zərərli xarici təsirinə” qarşı çımacaqır. Bununla, NATO ətrafında ABŞ-Avropa daha sıx birləşir. Rusiya və Çinə qarşı. Yəni, vəziyyət 180 dərəcə dönür.

Bununla da…

Bununla da Tramp, 1 həftə idi, bütün Avropanı görünməmiş qəm və gərginliyə, Moskvanı isə görünməmiş sevinc və rahatlığa qərq edən bir, “Qrenlandiya alovu” üstünə, 1 günün içində su çilədi. Sevinəni məyus etdi, məyusu sevindirdi.

Bir şeyi unutmayaq. Tramp nə qədər ambisiya və siyasi-maddi iştahlı, qətiyyətli və zərbəvuran prezident olsa da, yeri gələndə ona hədd qoyan ABŞ dərin dövlət institutları və ona səs vermiş ümumi Amerika vətəndaş cəmiyyəti, xalqı var Ağlımız rus xalqına getməsin, fərqli amillərdir!

Və bu dərin dövlət və güclü xalq isə, mənşəcə, yaranışca Avropaya bağlıdır. Qrenlandiya kimi, bir buzlaq ərazi üstündə və xüsusən də haqsız olaraq, ABŞ prezidentinin, Amerikanı Amerika etmiş Avropa ilə savaşması həmin prezidentə elə, ABŞ-ın özündə problem yarada bilər. Həm, fatal problem! Tramp, həm ətrafındakı savadlı məsləhətçiləri bunu, gözəl bilirlər. Heç, Tramın özü belə, Avropa qırmızı xəttini aşmaz. Üzdə o kim olsa da, dərində elə insan deyil, Putin deyil.

Ona görə, oturub ABŞ-ın Avropa ilə “tutaşması” ya savaşmasnı gözləmək, dərin analizsizlik və ani siyasi əhvala uymağın düşüncə dayazlığıdır. “Moskva Kiyevi 3 günə alacaq”, əhval dayazlığı.

P. S.
Bir məsələ də tam aydın olur ki, Tramp öz fikri qərarı, əməkdaşlığını şəraitə uyğun dəyişə bilir.

P. S.
Siyasət, psixologiya və məntiqə söykənməlidir. Bu köklü amillərdən qopursa, çəkisizliyə düşür. Reallığı, ölçü-biçi-uzaqgörənliyi itir, ani əhvalla, düşüncə dayazlığı ilə yönəldilən oyuncaq olur.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

İsrail İran ərazisinə zərbə endirdi, ölkədə fövqəladə vəziyyət elan edildi

redaktor

“Sergey Krikalyov, kosmosda unudulduğu iddia edilən adam” Yadigar Sadıqlı

admin

Azərbaycanda bu tarixdə GÜCLÜ istilər müşahidə olunacaq: 50 dərəcədən yuxarı…

redaktor