Artıq 7 aydır ki, Naxçıvan televiziyasının əməkdaşları səlahiyyətsiz rəhbər İlhamə Novruzovanın ədalətsiz davranışlarının qurbanına çevrilib. Bu hal cəmiyyətdə ciddi narahatlıq doğurur.
Bildirilir ki, qurum daxilində iş mühitinə uyğun olmayan davranışlar, nəzarət adı altında psixoloji təzyiq yaradan addımlar müşahidə olunur.
İddialara görə, bu prosesdə hüquq-mühafizə orqanlarının adının çəkilməsi, əməkdaşların vaxtının və davranışının qeyri-adekvat üsullarla izlənməsi peşə etikası ilə ziddiyyət təşkil edir.
Daha düşündürücü məqam isə yayılan məlumatları paylaşan şəxsin deyil, təcrübəli bir əməkdaşın bu vəziyyətin nəticələrindən zərər görməsi barədə deyilənlərdir.
İş yerində qorxu atmosferi yaratmaq intizam deyil.
Səhhətinə zərər dəyən bir əməkdaş varsa, bu artıq şəxsi məsələ yox, ictimai məsuliyyətdir.
Cəmiyyətin əməkdaşları bildirir ki:
Şou xarakterli addımlar doğrudanmı quruma lazımdır?
Təcrübə və peşəkarlığa diqqət yönəldilməli halda bu vəziyyət doğrudurmu?
İnsan sağlamlığı hansı idarəçilik ambisiyasından daha dəyərsizdir?
Media isə qorxu ilə deyil, ədalət və məsuliyyətlə idarə olunmalıdır.
İddialara görə, 16 yanvar 2026- cı ildə nümayiş etdirilən növbəti “şou” zamanı qurumun təcrübəli əməkdaşı əsəbiləşdirilərək imdad dilədiyi halda İlhamə Novruzova özü telefonu ilə həmin anı lentə alıb.
Sonra isə şantaj edərək Səlahiyyətli nümayəndəyə göndərəcəyi ilə bağlı hədələyib.
İş mühitində əməkdaşın emosional vəziyyətini qəsdən gərginləşdirib onu qeydə almaq nə intizamdır, nə də idarəçilik. Bu, peşə etikası, insan ləyaqəti və əmək hüquqları ilə ziddiyyət təşkil edən yanaşmadır. Mən şəxsən özüm zərər görən əməkdaşla əlaqə saxlamağa cəhd etdim.
Lakin ailəsi, onun keçirdiyi ağır stres və səhhətində yaranan problemlər səbəbilə hazırda ünsiyyətin mümkün olmadığını bildirdi. Bu fakt vəziyyətin nə qədər ciddi və düşündürücü olduğunu bir daha göstərir.
Ümid etmək istəyirik ki, bu məsələ ilə bağlı səlahiyyətli qurumlar lazımi qaydada məşğul olacaq, baş verənlər obyektiv şəkildə araşdırılacaq və həm əməkdaşların hüquqları, həm də insan ləyaqəti qorunacaq.
Cəmiyyəti narahat edən sualların cavabsız qalmaması etimadın bərpası üçün vacibdir.
