DünyaGündəmSiyasət

Kim radikaldır: Şaranın Suriyası, yoxsa Xameneinin İrani?

İranın “radikal vəhabi” dediyi Əhməd əş-Şara özünü 5 illik keçid dövrünün Suriya rəhbəri təyin edərkən, Xameneyi özünü sorğulanmayan əbədi lider elan edib.

Şara dövlət idarəçiliyində “Əmir” və “Xəlifə” kimi dini titulları qadağan etsə də, Xameneyi ölkəni ayətullah və şeyx rütbələri ilə teokratik qəfəsə salıb.

Şara təhsildə cinsiyyət ayrımını ləğv etdi, İranda isə qız-oğlanlar hələ də ayrı-ayrı binalarda təhsilə məcbur edilir.

Şara hicab məcburiyyətini aradan qaldırıb hər kəsin inancını konstitusiya ilə qoruduğu halda, İranda hicab üstündə yüz minlərlə qadın həbs edilir və ya öldürülür.

Şara azlıqların dilini və bayramını tanıdı, İranda isə ermənilərdən başqa hər kəs basqı altındadır.

Bu gün Əş-Şara həm separatizmlə, həm də 10 il səngərdə psixologiyası pozulmuş öz silahlıları ilə savaşaraq müasir dövlət qurmağa çalışır.

Xameneyi isə xalqını edam, terror, qorxu ilə idarə edir, öz vətəndaşını qırmaq üçün xaricdən muzdlular gətirir. İslam dünyasındakı hər fitnə, savaş, daxili qarşıdurmalarda tökülən hər qanda onun imzası var.

Şaranın yeni Suriyası tərəfdaş ölkələr olaraq Türkiyə, Azərbaycan, Qətər, Səudiyyə kimi müsəlman ölkələri seçdi.

Xameneinin tərəfdaşları rəsmi dövlət səviyyəsində ateist, Allahsız statusu daşıyan Çin, Ş.Koreya və provaslav Rusiyadır.

 

Orxan Atabəy

Tacxeber.com

Oxşar xəbərlər

Bakıdakı İsrail səfirliyi fəaliyyətini dayandırdı?

admin

Putin elə bilir ki, cəsarətimiz çatmayacaq – Conson

redaktor

Seçilsələr, 7-ci dəfə deputat olacaqlar

redaktor