– Rəsmi açıqlamaya görə ölənlərin sayı minlərlə: Reuters agentliyinə açıqlama verən adı çəkilməyən dövlət yetkilisi ən azı 5000 insan öldürülüb, İranda çalışan həkimlərin hesabatlarına görə isə 16.500-dən çox ölüm faktı qeydə alınıb.
– İranlı həkimlərin hesabatlarına görə, 330 min aksiya iştirakçıları yaralanıb;
– Zəhər çəkən və öldürülənlərin böyük əksəriyyətinin yaşı 30-dan aşağı olub.
– İddia olunur ki, qətliamda SEPAH və ordu gücləri ilə yanaşı, Suriya, İraq, Pakistan, Əfqanısran və s. ölkələrdən gətirilən proksi qüvvələri də içtirak ediblər.
İnsanlıq tarixinə qara ləkə kimi düşəcək bu qətliamı törədən dövlətin adı İran İslam Respublikasıdır. Öz xalqına qarşı başqa ölkələrdən gətirilən terrorçuların da yardımı ilə baş verən bu soyqırımın nə İslamda, nə də respublikaçılıqda yeri var. Dünyanın ən əzazil və kafir dövlətinin rəhbəri bu qədər böyük cinayətə əl atmazdı. Özünü şiə müsəlmanların lideri sayan Xamenei isə əl atdı və təkcə İranı yox, öz vicdanını da qana bələdi.
