4 davam edən genişmiqyaslı müharibə ərzində Rusiya müharibə aparma taktikasını dəfələrlə dəyişib sürətli hücumlardan mövqe müharibəsinə, tank zərbələrindən dronların kütləvi istifadəsinə qədər, lakin bütün bu müddət ərzində dəyişməyən bir taktiki məqsəd olub: Ukrayna əhalisini “dondurmaq”.
Hər qış Rusiya ordusu sistemli şəkildə şaxtaları gözləyir, bundan sonra isə kritik infrastruktura qarşı ardıcıl zərbələrə başlayırdı. Yüzlərlə raket və dron elektrik stansiyalarına, yarımstansiyalara, istilik-elektrik mərkəzlərinə və enerji şəbəkəsinin əsas qovşaqlarına yönəldilirdi. Xüsusi diqqət ənənəvi olaraq Kiyevə ayrılırdı, təkcə ən böyük meqapolis kimi deyil, həm də ölkənin siyasi mərkəzi olduğu üçün.
Yaxın vaxtlara qədər bu strategiya Kreml üçün arzu olunan nəticəni vermirdi. Ukraynanın HHM sistemi, Qərb tərəfdaşlarının dəstəyi, operativ bərpa işləri və cəmiyyətin yüksək dayanıqlığı, enerji infrastruktura hücumları nəticəsiz qoyurdu. Rusiya nəhəng resurslar xərcləyirdi, lakin ciddi nəticəyə nail ol bilmirdi.
Bu il vəziyyət dəyişdi. HHM raketlərinin kəskin çatışmazlığı və hava hücumundan müdafiə sisteminin həddən artıq yüklənməsi fonunda Rusiya ilk dəfə olaraq öz məqsədinə qismən çatdı. Elektrik kəsintiləri daha dərin və uzunmüddətli oldu, zərər isə daha hissolunan. Buna baxmayaraq, bu gün də söhbət strateji qələbədən deyil, mülki əhaliyə növbəti zərbənin bahasına əldə edilmiş müvəqqəti taktiki uğurdan gedir və bu müharibənin guya “hərbi məqsədlər”daşıdığına dair bütün illüziyaların tamamilə dağıldığını göstərir.
Ruslar şaxtaya son dərəcə sakral münasibət bəsləyirlər. Onlar əmindirlər ki, məhz şaxta onlara ən böyük müharibələrdə qalib gəlməyə kömək edib: həm Napoleonun məğlubiyyəti, həm də almanların Moskva yaxınlığında dayandırılması. Bunlar rus milli kimliyini formalaşdıran dərin miflərdir, hətta nağıllarda belə şaxta rusların gücü kimi təqdim olunur.
Amma… siz ukraynalıların, Kiyev əhalisinin təslim olmaq çağırışlarını eşidirsinizmi? Mən eşitmirəm. Onlara çox çətindir, onlar soyuqdadırlar, qaranlıqdadırlar.
Şaxta ilə bağlı əsas mifi xatırlayın. Sözəbaxmazlığa görə cəzalandırılaraq meşəyə, şaxtanın içinə qovulan ögey qız öz dözümü sayəsində əsl möcüzə tapır, sağ qalır və nəticədə varlı və müstəqil olur. Simvolik deyilmi?
İnsanlar nəsildən-nəslə, ağızdan-ağıza ötürülən hekayələrə inanırlar. Məhz bu hekayələr xalqın həqiqi legitimliyini yaradır.
Bu gün Ukrayna xalqı, böyükdən kiçiyə qədər, soyuqda, qaranlıqda öz müstəqillik hekayəsini yazır və bu hekayə, 100 illərlə yaşayacaq, xalqın müstəqillik legitimliyinin bünövrəsi olacaq.
