Xameneinin Trampa qarşı ittihamları belə nəticə doğurdu – İranda yeni liderlik axtarmağın vaxtıdır.
Tramp bu barədə Politikoya açıqlamasında deyib.
ABŞ prezidenti daha sonra deyib:
“Bir ölkənin lideri kimi onun günahı ölkənin tamamilə məhv edilməsi və əvvəllər görünməmiş səviyyədə zorakılıq tətbiqidir.
Ölkənin fəaliyyətini davam etdirmək üçün – bu funksiya çox aşağı səviyyədə olsa da – rəhbərlik, mənim ABŞ-da etdiyim kimi, ölkəsini düzgün idarə etməyə və nəzarəti saxlamaq üçün minlərlə insanı öldürməməyə diqqət yetirməlidir”. (Azadlıq Qəzeti)
