DünyaGündəmSiyasət

Qrenlandiya probleminə görə Amerika bazalarını bağlamalıyıq, NATO-dan çıxmalıyıq?

Trampın Danimarkanı ilhaq niyyəti ciddiləşdikcə bütün Avropa liderləri çaşqınlıq yaşayırlar: adanı müdafiə etmək gücləri yoxdur, ABŞ-a hər hansı iqtisadi təzyiq vasitələri onların özlərinə daha güclü mənfi təsir göstərə bilər.

Avropanın əlacsızlığından cürətlənən Tramp dünən dedi ki, Danimarka qüvvələri Qrenlandiyadan rədd olub getsinlər. Bu onun hələ mədəni ifadəsidir.

Dünən İtaliyanın baş naziri Ciorcia Meloni onu ABŞ-ın ilhaqçılığına qarşı sərt tədbirlər görməməkdə tənqid edənlərə cavabda Avropanın hansı addımları atmalı olduğunu başa düşmədiyini etiraf edib:

“Bu strategiya səhvdirmi? Onda mənim üçün alternativ formalaşdırmalı, mənə nə etmək niyyətində olduğunuzu deməlisiniz. Yəni aralanmalıyıq – o mənada ki, NATO-dan çıxmalıyıq?.. Amerika bazalarını bağlamalıyıq?.. ticarət əlaqələrini kəsməliyik?.. McDonald’s-a hücum etməliyik? Mən bilmirəm. Biz nə etməliyik?”

Mən deyim də:

ABŞ-dan maye qaz almayın.

ABŞ-ın (işğalçının) Avropadakı hərbi bazalarını ləğv edin.

ABŞ-a qarşı hələlik 1-ci sanksiya paketi tətbiq edin, sonra 20-dək artırmaq olar.

ABŞ-da keçiriləcək futbol üzrə dünya çempionatını baykot edin.

ABŞ-a təyyarə uçuşlarını dayandırın.

ABŞ-la diplomatik əlaqələri kəsin.

ABŞ-la viza əlaqələrini dayandırın.

Maduronu oğurladığına görə Trampı və Heqseti Beynəlxalq Cinayət Məhkəməsinə verin.

Karib körfəzi ölkələrinə silah verin və s. və i.a.

Təcrübəniz var axı.

Sonra da ayağınız uzadın və ölün.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Monqolustandan gətirilən ətlə bağlı dəhşətli faktlar – Tərkibində görün nələr var

redaktor

Çinin yeni sanksiya paketi: ABŞ-nin 28 şirkəti hədəf alındı

admin

DÜNYANIN İKİ NƏHƏNG DÖVLƏTİ SAVAŞ ASTANASINDA: Baydenin əmri ilə “Casus balonu”nu vuruldu, rəsmi Pekindən qəzəbli cavab hədəsi gəldi

redaktor