DünyaSiyasət

Böyük dövlət olma zamanı

1996-2004-cü illərdə İspaniyanın Baş naziri olmuş Xose Maria Aznar 2002-ci ildə Tehrana səfəri səfəri zamanı İranın dini lideri Seyid Əli Xamenei ilə görüşündən bəhs edən xatirələrində çox mühüm bir məqam yer alıb.

Xose Maria Aznar Seyid Əli Xameneidən soruşur ki, “cənab, səhər oyananda ilk ağlınıza gələn nədir?”. Xamenei suala belə bir cavab verib: “İsraili məhv etmək”.
O taylı-bu taylı Azərbaycanın ictimai fikirinin formalaşmasına təsir etməkdə iddialı olan onlarla soydaşımız var ki, Əlli Xameneinin əleyhidarı olsa da, əslində İranın ali dini liderinin ardıcılarıdır. Bu şəxslər də Əli Xamenei kimi İsraili məhv etməyə yönəlmiş dini düşüncələrlə yaşayırlar. Bu şəxslər də Əli Xamenei kimi ABŞ-ı, Böyük Britaniyanı, İsraili düşmən hesab edirlər.

Əli Xameneinin əleyhidarı olmaqla yanaşı İranın ali dini lideri kimi ABŞ-ı, Böyük Britaniyanı və İsraili düşmən görən bəzi soydaşlarımızn belə bir mövqeyinin formalaşmasının qaynağı Qətərin Türkiyədəki islamçı dairələr üzərindən Azərbaycana ixrac elədiyi radikal islamçılığın ən təhlükəli cəryanı olan “Müsəlman qardaşları”dır.

Qətərin hər il təbliğatına milyardlarla dollar xərclədiyi “Müsəlman qardaşları”nın hədəfi Əməvi İmperiyasını yaratmaqdır. Azərbaycan xalqına qarşı ən çox qətliamlar törətmiş bir imperiyanın təməlləri ilk olaraq fikirlərdə atılır. İranın 30 ildən artıq müddətdə nail ola bilmədiyinə Qətər Türkiyə vasitəsilə bir neçə il ərzində nail olub.

Bu gün Azərbaycan cəmiyyətində ABŞ-a, Böyük Britaniyaya, İsrailə qarşı düşmən fikirləri yayanların əksəriyyəti Türkiyəyə bağlı şəxslərdir. Azərbaycan cəmiyyətində ABŞ-a, Böyük Britaniyaya, İsrailə qarşı düşmən fikirləri yayanların məqsədi əsası Mirzə Fətəli Axundzadə ilə qoyulan, Məhəmməd Əmin Rəsulzadə ilə dövlətləşən Azərbaycanlı kimliyini məhv etməkdir.

İranda baş verən proseslər göstərir ki, bu ölkədəki soydaşlarımızın böyük əksəriyyəti milli kimliyini-Türk kimliyini dərk etsə də, iranlı siyasi kimliyini də qoruyub, saxlayırlar. İranın bütövlüyünü qoruyub saxlayan da budur.

Əminəm ki, Güney Azərbaycandakı soydaşlarımız iranlı siysai kimliyindən imtina edərək Azərbaycanlı siyasi kimliyinə keçsə İran adlı dövlət tarixə qovuşacaq, Böyük Azərbaycan yaranacaq. Çağdaş dövrdə dövlətləri yaradan və davamlılığını təmin edən əsas faktor dini, etnik kimlik deyil, siyasi kimlikdir. Türkiyədə türklük etnik deyil, siyasi kimliyi ifadə edir. Türkiyə Konstitusiyanın 66-cı maddəsinə görə Türkiyə dövlətinə vətəndaşlıq bağı ilə bağlı olan hər kəs türkdür. Türkiyənin federallaşmasına çalışan qüvvələrin əsas hədəflərindən biri də Konstitusiyanın 66-cı maddəsidir. Bu maddənin dəyişməsini istəyənlər yaxşı bilirlər ki, siyasi kimlik dağıldıqdan sonra cəmiyyət etnik kimliklərə bölünəcək. Bu isə Türkiyənin federallaşmasına və yaxud da bölünməsinin yolunu acacaq.

İrandakı rejim etirazçıları güllə-boran etməyə davam etdiyi müddətdə rejim varlığını davam etdirəcək. Güney Azərbaycandakı soydaşlarımız gercək siyasi kimliyini, Azərbaycanlı siyasi kimliyini dərk etməyənə qədər İran bütövlüyünü qoruyacaq.

Böyük Məhəmməd Əmin Rəsulzadəyə görə, “Azərbaycançılıq demək, istiqlalçılıq deməkdir. Elə bir istiqlalçılıq ki, tarixin ən böyük müəssisəsi olan milliyyətin dövlət olması məqəsdilə müzəffər yürüşü deməkdir.”

Böyük dövlət olma zamanıdır!
Bu isə Dərbənd başda olmaqla Şimal torpaqlarımız azad olmadan gerçəkləçşə bilməz!
Böyük dövlət olmanın yolu isə bütöv dövlət (vətən) , bütöv xalq” doktrinası olan “Dərbənd İttifaqı”nda birləşməkdən keçir!

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

“Emin Əmrullayev dostuna, sinif yoldaşlarına vəzifə verir” – SENSASİON ittiham

redaktor

Təyyarənin qəza anı sərnişinlər tərəfindən canlı yayımlandı – VİDEO

redaktor

DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir?

redaktor