DünyaSiyasət

“Qanun gücdən üstündür, bu, Qrenlandiyaya da aiddir” – Ursula fon der Lyayen

Qrenlandiya məsələsində beynəlxalq hüquq prinsiplərinə riayət etmək vacibdir.

Tacxeber.com bildirir ki, “Report”un Avropa bürosunun məlumatına görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Nikosiyada Kiprin Aİ-yə sədrliyinin açılış mərasimində bildirib.

“Avropa İttifaqı münaqişədən doğub. Bizim blok ideal deyil, amma o, əməkdaşlığın qarşıdurmadan güclü, qanunun isə gücdən üstün olduğunu vəd edir. Bu prinsiplər yalnız Avropa İttifaqımıza deyil, eyni dərəcədə Qrenlandiyaya da aiddir”, – Fon der Lyayen vurğulayıb.

O, Qrenlandiyanın muxtariyyətə malik olsa da, Danimarkanın və Avropa İttifaqının bir hissəsi olduğunu xatırladaraq ABŞ-nin hazırkı administrasiyasının ada ilə bağlı niyyətlərinin hüquqa zidd olduğunu qeyd edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Putin görüşümüz zamanı məndən bunu tələb etdi – Zelenski

redaktor

İsrail Türkiyə ilə mümkün müharibə xəbərdarlığı etdi

redaktor

Polşada Azərbaycan şirkətinin Rusyaya Boing təyyarələri üçün daşıdığı təkərlər müsadirə edilib.

admin