DünyaGündəmSiyasət

İran mollaları üçün gerisayım başlayıb

ABŞ siyasətində hakimiyyət/Ağ Ev hər hansı ciddi siyasi addım atmamışdan qabaq ictimayyəti buna hazırlayır. Söhbət Trampdan və respublikaçılardan gedirsə yaxın perspektivdə xarici siyasət vektorunu görməyə çalışmaq üçün, respublikaçıların rəy liderlərinin, onlara yaxın qazetlərin, konqresmenlərin və s. ictimai fəaliyyətini çox diqqətlə izləmək lazımdır.

Hələ aylar öncə respublikaçı dairələrin hal-əhvalını görərək biz yazırdıq: Maduro üçün gerisayım başlayıb.

Son bəyanata diqqət yetirək

Senator Lindsi Qrem: “Ayətullahlar, anlamalısınız, əgər daha yaxşı həyat tələb edən xalqınızı öldürməyə davam etsəniz, Donald Tramp sizi öldürəcək. İranda dəyişikliklər yaxınlaşır. Bu, Yaxın Şərq tarixində ən böyük dəyişiklik olacaq, n*sist rejim devriləcək. İran xalqı, yardım artıq yoldadır”.

Biz bilirik ki, Tramp və onun komandası diplomatik etikadan uzaqdır, amma hətta onlar üçün də, ritorikada radikallığın qırmızı xətləri var. Senator Qrem isə bu gün Ağ Evin açıq deyə bilmədiyi ən radikal fikirlərin ruporu rolunu oynayır və söhbət təkcə Lindsi Qremdən getmir, respublikaçılar(qazetlər, rəy liderlər, siyasətçilər və s) ictimayyəti ABŞ-ın İran molla rejimini qarşı hərbi əməliyyatlara hazırlayır, bu danılmazıdır və bunu görməmək mümkün deyil.

Müqayisə üçün 22 iyun 2025-ci ildə ABŞ İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərinə zərbə endirəndən öncə respublikaçı dairələrində İrana qarşı gedən təbliğatın gücü və aqressivliyi bugünkü təbliğatın gücünün heç 30%-də təşkil etmirdi. Görünür böyük fırtına yaxınlaşır.

 

Kamran Cəfərov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Aclıqdan bir daha silah kimi istifadə edilməməlidir”- Zelenski

redaktor

Çeçenistanda polis binası vuruldu, Kadırov QİSAS alacağına söz verdi

redaktor

Fransa şirkəti Putin və Şoyqunun təyyarələrinə xidmət edir – 5 milyon qazanıb

admin