24 C
Bakı
28 Sentyabr 2026 23:19
Hadisə

Pelosinin ərinə hücum edən şəxsin kimliyi müəyyən edildi

Polis ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin həyat yoldaşı Pol Pelosiyə hücum edən şəxsin kimliyini müəyyən edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, şübhəlinin 42 yaşlı David Depape olduğu müəyyən edilib.

Hücum edən şəxs adam öldürməyə cəhd, silahla hücum, yaşlı insanlara qarşı zorakılıq, soyğunçuluq və “bir neçə əlavə cinayət” ittihamı ilə üzləşəcək. San-Fransisko polis rəisi Uilyam Skott bildirib ki, hücumun motivi müəyyən edilir.

Hücum zamanı yaralanan Pol Pelosi beyin əməliyyatı keçirib.

Tacxeber.com

Oxşar xəbərlər

Əvəz Zeynallının faciəsi: Gecikmiş diaqnozun ağır nəticəsi

redaktor

Qazaxstanda bu gün matəm elan edilib

redaktor

ABŞ-da prezidentə qarşı media boykotu

admin