DünyaMuharibə

Rusiya daha bir general itirib.

Müdafiə nazirinin keçmiş müavini, general-polkovnik Yuri Sadovenko “ölüb”. 56 yaşlı generalın guya ürək xəstəliyindən keçindiyi bildirilir. Təbii ki, inandırıcı deyil. (Niyə pəncərədən “yıxılmayıb”, maraqlıdır).

Sadovenko keçmiş nazir Şoyqunun sadiq adamlarından biri olub. Şoyqu fövqəladə hallar naziri olanda Sadovenko onun köməkçisi; Moskva vilayətinin qubernatoru olanda onun aparat rəhbəri; müdafiə naziri olanda isə onun müavini vəzifələrində çalışıb. Yəni Şoyqu hara gedibsə, Sadovenkonu da özü ilə aparıb.

Ötən ilin may ayında Şoyqu müdafiə naziri vəzifəsindən çıxarıldıqdan sonra Sadovenko da işdən uzaqlaşdırılıb…

Moskvanın qaranlıq dəhlizlərində güc, sərvət və hakimiyyət uğrunda mübarizə çox sərt, amansız keçir. Rus siyasi mədəniyyətində bu cür mübarizələrdə uduzanlar əvəzini canı ilə ödəyir…

 

Şahin Cəfərli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Təyyarədə ən yaxşı sıra və yer hansıdır? – RAHAT YERLƏRİN SİYAHISI

admin

Arayik arvadını və qızlarını Bakıya gətirtmək istəyir – Sensasion iddia

redaktor

Rəisinin öldüyü helikopterdə güllə izlərinə rast gəlinib? – RƏSMİ AÇIQLAMA

redaktor