22.2 C
Bakı
10 İyun 2026 05:03
DünyaHadisə

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu deyilən təyyarə ilə əlaqə kəsilib

Türkiyədə Ankara Esenboğa hava limanından Liviyanın Tripoli şəhərinə doğru uçan “Falcon 50” özəl təyyarəsi ilə əlaqə kəsilib.

Tacxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Əl-Həddadın təyyarədə olduğu bildirilib.

Qeyd edilib ki, Həddad bu gün Türkiyənin Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlunun qonağı olaraq Ankaraya gəlib və milli müdafiə naziri Yaşar Gülerlə də görüşüb.

Hadisədən sonra Ankara hava məkanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

“HaberGlobal” hava limanı yaxınlığında partlayış səslərinin eşidilməsi barədə məlumat yayıb.(Report)

Tacxeber.com

Oxşar xəbərlər

İzləyiciləri ŞOKA SALAN HADİSƏ: Qadın sosial şəbəkədə canlı yayım açdı, sonra hovuzda boğuldu – FOTO

redaktor

Yəmən də müharibəyə qoşulur – General elan etdi

redaktor

Donald Tramp ona impiçment tətbiq etməyə çağıran demokrat konqresmenləri “PSİX” adlandırdı

redaktor