DünyaHadisəMaraqlı

Bir morjun istirahətini pozmamağa görə yeni il atəşfəşanlığı ləğv edildi

İngiltərənin şimalında yerləşən Skarboro şəhərinin sakinləri 2022-ci ilin sonlarında Yeni ilin gəlişinə hazırlaşırdılar. Bu hazırlıqların içində, təbii, atəşfəşanlıq da vardı.

Lakin bu zaman şəhərə gözlənilməz qonaq gəldi – morj. Daha əvvəl Niderland və Fransa, eləcə də Cənubi İngiltərə sahiillərində göründüyü deyilən morj, ehtimal ki, geriyə – doğma Arktikaya qayıdırdı və Skarboroda dincəlməyi qərara almışdı.

Morj dənizsahili körpüdə bir neçə gün istirahət etdi, o cümlədən Yeni ili burada qarşıladı. Qonağın ləngidiyini görən şəhər bələdiyyəsi onun rahatlığını pozmamaq üçün ənənəvi atəşfəşanlığı ləğv etdi.

“Zəhmət olmasa, onun istirahətinə hörmət edin və mümkün qədər narahat etməməyə çalışın, — mütəxəssislər sosial şəbəkələrdə yerli sakinlərə müraciət etdilər. — Morjlar səs-küyü sevmir və ev heyvanlarına öyrəşməyiblər, buna görə də onları qayışda saxlayın və təhlükəsiz məsafəni qoruyun — həm özünüzün, həm də morjun rifahı naminə”.

 

Yadigar Sadıqlı

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İrandan ŞOK AÇIQLAMA: ABŞ danışıqlardan əvvəl müharibənin zərərini ödəsin!

redaktor

İnsanın mədəsindən canlı ilan balığı ÇIXARILDI

redaktor

Yakuboviçin sərvəti ortaya çıxdı: 30 hektar ərazidə qəsr, 13 otaqlı mənzil…

redaktor