Bu, Ukrayna üçün ciddi və xoş xəbər oldu…
Bu gün Avropa İttifaqının sammiti Ukraynaya 90 milyard avro məbləğdə birgə kredit verilmə barədə qərarını təsdiqləyib. Bu barədə Avropa Şurası prezidenti, António Kosta və Almaniya kansleri Fridrix Merts bildiriblər.
“Biz razılığa gəldik. Ukraynaya 2026-27-ci illər üçün 90 milyard avro məbləğ dəstək verilməsi qərarı təsdiqlədik. Biz öhdəlik götürdük və onu yerinə yetirdik”, – deyə Kosta bildirib.
Avropa Şurası prezidentinin məlumatına görə, Avropa İttifaqı tərəfindən təmin ediləcək birgə kredit variantı təsdiqlənib. Bu qərar yekdilliklə təsdiqlənməli olub.
Fridrix Merts vəsaitin Kiyevin hərbi ehtiyacları üçün də istifadə olunacağını aydınlaşdırıb. “Bu vəsait Ukraynanın növbəti iki il üçün hərbi və büdcə ehtiyaclarını ödəmək üçün kifayətdir və müharibənin bitməsi üçün həlledici siqnaldır. Çünki Putin yalnız ona onun müharibəsinin heç bir fayda verməyəcəyini anladıqda bitirəcək”.
