2 C
Bakı
17 Dekabr 2025 11:30
CəmiyyətŞikayətTəhsil

Ziyalılar Naxçıvan təhsil nazirindən dövlət başçısına ŞİKAYƏT ETDİLƏR.

“Azərbaycan Maarifçi Qadınlar” İctimai Birliyi və Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən “Azərbaycan Təhsil, Mədəniyyət və Sosial həmrəylik” dərnəyinin təşkilatçılığı ilə konfrans keçirilib.

Konfransda iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ediblər. Onlar dövlət başçısından Naxçıvan təhsil naziri Elxan Nəcəfov və onun ətrafındakıların özbaşınalığına son qoymağı xahiş edirlər.

Müraciətdə deyilir ki, Ermənistanın Azərbaycana qarşı apardığı savaşın acı nəticələrini yaşamış soydaşlarımız, illərlə blokada şəraitində əziyyət çəkmiş naxçıvanlılar işsizlik səbəbindən qardaş Türkiyənin İstanbul şəhərində məskunlaşaraq qanuni yaşamaq haqqını əldə edə bilmədikləri üçün təhsil hüququndan məhrum olmuşdular.

Belə bir çətin dövrdə “Azərbaycan Maarifçi Qadınlar” İB-nin təsisçisi və sədri, filologiya elmləri doktoru Şərqiyyə Məmmədova bütün gücünü, imkanlarını səfərbər edərək İstanbulda Hüseyn Cavid adına bir məktəb açıb Azərbaycan övladlarını təhsilə cəlb etdi. Şərqiyyə xanım, eyni zamanda, həmin zaman Türkiyəyə gedib çıxmış azərbaycanlıların sənəd, yaşayış problemlərini də həll etdi.

İstanbulda 8-ci sinfi bitirən şagirdlər Azərbaycana gəlib mövcud qanunlara uyğun imtahan edilərək təhsillərinə davam edə bilirdilər. Bu vaxta kimi belə olub. İndi isə Naxçıvanda buna əngəl olanlar peyda olublar. Onların başında Muxtar Respublikanın təhsil naziri Elxan Nəcəfov dayanır.

O, hazırki vəzifəsinə təyin edildikdən sonra şagirdlərin təhsil hüququ pozulur, onlar məktəbdən, təhsildən zorla uzaqlaşdırılırlar. Naxçıvan kimi ziyalılar məkanı, dahilər yurdu indi savadsızlığa doğru sürüklənir. Nazir şagirlərə nümunə olmaqdansa, öz davranışı ilə onlarda ikrah hissini oyadır.

Vəzifəsindən sui-istifadə edərək haqqını tələb edənlərə qarşı hədələyəci tonda danışır. Bu da şagirdlər, valideynlər arasında narazılıq yaradır. Nazir problem həll etməkdənsə, özü ən böyük problemə çevrilib. Elə bil bu adamı təhsildə mənəvi terror törətməkdən ötrü tapıb üzə çıxardıblar.

Hazırda Elxan Nəcəfovun dəsti-xəttini ölkəmizin başqa guşəsində davam etdirənlər də var. Bunlar Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva və xüsusən də onun müavini Aynur Rüstəmovadır.

Aynur Rüstəmova həm də Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) Metodik Dəstək Mərkəzində Metodik Xidmətin Əlaqələndirmə Şöbəsinin müdiri kimi də fəaliyyət göstərir. MİQ, sertifikasiya imtahanları zamanı yenə də ARTİ mütəxəssisi kimi çalışır. Vəzifəyə təyin olunduğu vaxtdan xoşagəlməz rəftarı və hegemonluğu ilə seçilir.

Maraqlıdır ki, Aynur Rüstəmovadan əvvəl ARTİ-də adıçəkilən şöbəyə Elxan Nəcəfov rəhbərlik edib. Deyilənə görə, o, Abşeron-Xızı Regional Təhsil İdarəsinə təyinat almaq istəsə də onu Lənkəran-
Astara Regional Təhsil İdarəsinə göndəriblər. Sonra isə məlum olduğu kimi Naxçıvanda nazir postunu tutub. Elxan Nəcəfovun arzusunda olduğu yerə indi Aynur Rüstəmova yiyələnib.

Elə Elxan Nəcəfovun metodu ilə də iş qurub. Şagirdlər də, müəllimlər də əlindən beziblər. Aynur xanım pedaqoqların “gözlərinin odu”nu almaqla deyəsən tədricən ARTİ-dəki idarəçiliyini burada tətbiq etmək istəyir. Amma çətin ki, orada layihələrdən, dərsliklərdən gələn gəlirlərə uyğun burada nəsə tapsın. Amma bilmək olmaz,

Elxan müəllim bura can atırdısa, deməli bir bildiyi var imiş. Yəqin bildiyini yetirməsinə demiş olar. Çünki ondan heç nəyi əsirgəmir. Hətta Naxçıvanda sertifikatlaşdırma prosesinə onu da cəlb edir. Hazırda aralarındakı məsafə uzaq olsa da lazım gəldikdə onu qısalda bilirlər… Mövzunun davamı olacaq.

 

Sima Babayeva

Tacxeber.com

Oxşar xəbərlər

Heydər Əliyev parkı ilə bağlı qalmaqal – Dövlət mülkiyyəti özəlləşdirilib?

admin

Kişilərdə və qadınlarda ən çox görülən xərçəng növləri hansılardır?

admin

“Azərbaycanın xarici dövlət borcu yoxdur”- ifadəsi ancaq əbləhləri əsarətdə saxlamaq üçün propaqanda vasitəsidir.

admin