Sahəsi 488 min kv km, əhalisi isə 5,9 mln nəfərdir.
Türkmənistan Sovet İttifaqının dağılmasından sonra yaranan dövlətlərdən biridir. Türkmənistan deyəndə prezidentin şəxsiyyətinə pərəstiş, qanunların sərtliyi, isti iqlim və ən zəngin mədəni-tarixi irs yada düşür. Buranı şərqə maraq göstərən insan üçün son dərəcə maraqlı məkana çevirir.
– Türkmənistan ərazisində qədimdə yaşayan bəzi tayfalar – Massagetlər, Saklar – türkmənlərin etnogenezində müəyyən iz buraxıb.
-Türkmənistan milli bayramların sayına görə dünyada birinci yerdədir. Hər il 33 bayram qeyd olunur. Onların arasında türkmən bostanı günü, məhsul bayramı, türkmən atı bayramı və s. var.
-Türkmənistan sahillərini yuyan yeganə dəniz Xəzər dənizidir.
-Türkmənistanda cəmi bir mobil operator var.
-Türkmənistan yeganə respublikadır ki, hətta keçmiş Sovet İttifaqının bütün digər ölkələrinin vətəndaşlarından da viza tələb edir.
-Türkmənistan kəşf edilmiş ehtiyatlara və təbii qaz hasilatına görə MDB ölkələri arasında Rusiyadan sonra ikinci, ehtiyatlarına görə isə dünyada Rusiya, İran və Qətərdən sonra dördüncü yerdədir.
-Çoxları bilir ki, Xəzər dənizinin ən duzlu yeri Türkmənistandakı Qara-Boğaz-Göl körfəzidir. Amma az adam bilir ki, Qara-Boğaz-Gölün duzluluğu Xəzər dənizinin duzluluğundan tamamilə çoxdur. Əsasən Qlauber duzunun (mirabilit) çox olması ilə əlaqədardır. Onun duzluluğu o qədər yüksəkdir ki, -10 dərəcə selsi temperaturunda belə su donmur.
-Türkmənistanda at müqəddəs heyvandır. Buna görə də sakinlər at ətini yemirlər. Hətta bununla bağlı qanun da var.
-Çörək və duz müqəddəs məhsul sayılır. Onlar heç vaxt çölə atılmır və keyfiyyəti barədə pis danışılmır.
-Türkmənistan xalçaları ilə məşhurdur. Belə ki, onlardan biri böyüklüyünə görə Ginnesin Rekordlar Kitabına daxil edilib.
-1948-ci ildə ölkənin paytaxtı Aşqabad güclü zəlzələ nəticəsində tamamilə dağılıb. Sonradan yenidən quruldu.
-Türkmənistanın ilk prezidenti Saparmurad Niyazovun şərəfinə 14 mindən çox heykəl ucaltdırılıb.
-Bu ölkə fərdi sahibkarlar üçün vergi cənnətinə malikdir. Cəmi 2% vergi ödəməlidirlər.
-2011-ci ildə prezidentin sərəncamı ilə Türkmənistanda bütün birinci sinif şagirdlərinə dövlət hesabına notbuk hədiyyə edilib.
-Türkmənistanda 2019-cu ilə qədər kommunal xidmətlər hamısı pulsuz olub (su, işıq və s.).
-Mərv şəhəri Böyük İpək Yolunun ən yaxşı qorunan qədim mərkəzi kimi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Bu, Orta Asiyanın ən qədim şəhərlərindən biridir. Bir vaxtlar Türk Səlcuq İmperiyasının paytaxtı olub. Burada məşhur mütəfəkkirlər Ömər Xəyyam, Əs-Səməni və başqaları yaşayıb-yaratmışlar.
-Burada səhrada yerləşən və “cəhənnəm qapıları” adlanan bir yer var. Bu qaz krateri təbiət hadisəsi kimi görünsə də, əslində bu, 1971-ci ildə təbii qaz üçün qazma işləri aparan bir qrup sovet geoloqunun buraxdığı səhvin nəticəsidir. Geoloqlar düşündülər ki, yəqin bu yanma müddəti qısa vaxtdan sonra kəsiləcək. Amma 54 ildən artıqdır ki, hələ də yanır.
-Plov Türkmənistanda sevimli yeməkdir. Böyük tavada qızardılmış ət, kök və ədviyyatlarla zəngin plova Türkmənistanın hər yerində rast gəlmək olar.