23.2 C
Bakı
15 İyun 2026 12:48
DünyaGündəmSiyasət

Putin Zelenskini Kupyanska aparıb.

Rus tiran oktyabrın sonlarından bu yana bir neçə dəfə Kupyansk və Pokrovsk şəhərlərinin mühasirəsi, “azad olunması” barədə açıqlamalar verib. O, bu şəhərlərə hətta xarici jurnalistlərin səfərini təşkil etməyi də təklif etmişdi. Putinin bu təklifini əcnəbi jurnalistlər ciddiyə almasalar da, gördüyümüz kimi, Zelenski müsbət reaksiya verərək Kupyanska gedib.

Doğrudur, Kupyanska Rusiya piyadalarının soxulması faktı var idi, amma onların əksəriyyəti artıq məhv edilib, şəhər Ukrayna ordusunun nəzarətindədir.

Pokrovsk şəhərində isə küçə döyüşləri davam edir. Şəhəri ələ keçirə bilməyən Rusiya komandanlığı ehtiyatda saxladığı 76-cı Pskov desant diviziyasını da ora göndərib. Ukrayna Pilotsuz Sistemlər komandanı Robert Brovdi (Madyar) bu desantın utilizasiyasına başladıqlarını açıqlayıb.

 

Şahin Cəfərli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Direktorluqdan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı

redaktor

Vasif Tağıyev avtomat terrorçunun əlində ikən darağı çıxarıb – YENİ TƏFƏRRÜAT

redaktor

90 yaşlı israilli qadın Messi sayəsində HƏMAS-dan xilas olub

redaktor