24 C
Bakı
16 Oktyabr 2026 14:05
DigərDünyaGündəmİqtisadiyyatMuharibə

Rusiya Ukraynada müharibəsndə artıq 542 milyard dollar xərcləyib.

Rusiya Ukraynada apardığı müharibyə 542 milyard dollar xərcləyib – bu isə ölkənin 22 illik səhiyyə xərclərinə bərabərdir

2025-ci ilin yanvar–sentyabr aylarında Rusiya Federasiyasının federal büdcəsinin hərbi maddələr üzrə xərcləri rekord həddə – 11,854 trilyon rubl təşkil edib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə orduya və silah istehsalına ayrılan vəsait 30% artıb, müharibədən əvvəlki 2021-ci illə müqayisədə isə Rusiyanın “müdafiə” xərcləri 295% yüksəlib. Statistikanı Almaniyanın Beynəlxalq Təhlükəsizlik Problemləri İnstitutundan Yanis Kluqe təhlil edib.

Kluqenin məlumatına görə, Kremlin 2025-ci ildə topladığı vergilərin 44%-i və federal büdcə xərclərinin 39%-i müharibəyə yönəldilib. Hər iki göstərici rekorddur. Müqayisə üçün, 2021-ci ildə bunlar müvafiq olaraq 18,4% və 19% idi.

Kluqe hesablayıb ki, Rusiya-Ukrayna müharibəsi Rusiya vergi ödəyicilərinə ən azı 42,343 trilyon rubla, yəni 542 milyard dollara başa gəlib. Bu, federal büdcənin səhiyyəyə 22 illik xərclərinə bərabərdir.

2026-cı ildə sosial xərclərin payı 25,1% təşkil etməlidir, halbuki müharibədən əvvəl bu göstərici 38,1%-ə çatırdı. (DW.de)

Paylaşdı: Azadlıq Qəzeti

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Hindistan və Çin Mərkəzi Asiyada hərbi nüfuz uğrunda yarışır

redaktor

Türkiyənin Hakan Fidan ayıbı

redaktor

Türkiyə doqquz ildən sonra ilk dəfə Ermənistanın Müstəqillik Gününü yüksək səviyyədə qeyd etdi

redaktor