29 C
Bakı
13 Avqust 2026 12:14
Dünyaİdman

Joze Mourinyo “Real”a keçir?

“Benfika”nın baş məşqçisi Joze Mourinyo adının “Real” klubu ilə hallanmasına reaksiya verib.

Təcrübəli mütəxəssis mətbuat konfransında bu məsələyə birdəfəlik aydınlıq gətirib. Jurnalistin “Geri dönüş ehtimalı varmı?” sualına portuqaliyalı çalışdırıcı belə cavab verib:

“Bu mövzunu bağlamağa ehtiyac yoxdur, çünki o onsuz da bağlıdır. Mövzunu bağlayan mənəm, açan isə sizsiniz”.

Qeyd edək ki, Mourinyonun adı klub rəhbərliyi tərəfindən deyil, onu geri istəyən bəzi “Real” azarkeşləri tərəfindən gündəmə gətirilmişdi. Mourinyo isə məsələyə reaksiyası ilə diqqətini tamamilə “Benfika”ya yönəltdiyini nümayiş etdirib.

Xatırladaq ki, mütəxəssis 2010/2013-cü illərdə “Real” klubunu çalışdırıb. (Qol.az)

 

Bizimlə əlaqə: [email protected]

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün “Qarabağ”ımız oynayır

admin

Paris-18 mart 1314 cümə günü…

redaktor

Yaşanmış insidentlə bağlı “Sabah” klubu bəyanat yayıb

admin