CəmiyyətDinGündəm

Stadionu alan şəxs Şeyxin Mühafizə Xidmətinin rəisi olub

Masallıda yerləşən Anatoli Banişevski adına stadionun kim tərəfindən satın alınması müəyyənləşib.

Tacxeber.com Teleqraf.com-a istinadla xəbər verir ki, stadionu satın alan şəxs yerli iş adamı Səxavəddin Sadıqovdur.

Əslən Masallıdan olan S.Sadıqov uzun müddət xüsusi xidmət orqanlarında çalışıb. İstefada olan polkovnik Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Mühafizə Xidmətinin rəisi olub.

O, eyni zamanda Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.

S.Sadıqov həm də 20 Yanvardakı “Ləvəngi” restoranının sahibidir.

Qeyd edək ki, sözügedən stadion 2012-ci ildən Mübariz Mənsimovun rəhbəri olduğu “Palmali”yə məxsus idi. 2014-cü ildən stadionda təmir məqsədilə söküntü işləri başlasa da, sonradan yarımçıq qalmışdı.

 

Tacxeber.com

Oxşar xəbərlər

Talıbovlar daha bir şirkətini itirdilər

redaktor

Fransada azərbaycanlı ailənin övladlarını aparıblar

redaktor

Saakaşvilinin xəstəxanadan şok görüntüləri yayıldı – VİDEO

redaktor