CəmiyyətSiyasət

Ramiz Mehdiyev Sabirabaddan başlamış Salyan rayonuna qədər uzanan böyük bir ərazidə torpaq sahələrinə də sahib imiş

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin ölkənin dörd bir tərəfində əmlakları və obyektlərinin olduğuna dair xəbərlərin ardı-arası kəsilmir.

Belə məlum olur ki,sabiq Prezident Administrasiyası rəhbərinin bütün rayonlarda əmlakları,Bakının kəndləri ilə yanaşı bölgələrdə də torpaq sahələri olub.

Tacxeber.comxəbər verir ki,Ramiz Mehdiyev Sabirabaddan başlamış Salyan rayonuna qədər uzanan böyük bir ərazidə torpaq sahələrinə sahib olub.10-15 min hektar ərazini əhatə edən ərazilər əvvəllər örüş torpaqları olsa da, sabiq Prezident Administrasiyası rəhbəri Nazirlər Kabinetinin qərarına əsasən sahələrin təyinatını dəyişdirərək əkinə yararlı torpaq kateqoriyasına aid etdirib.Hətta həmin ərazilərə beton kanal çəkilib,şoranlaşmış ərazilərdə torpaqların yararlı vəziyyətə salınması üçün irriqasiya işləri də apartdırıbmış.

Lakin 2019-cu ildən həmin torpaq sahələri Ramiz Mehdiyevin nəzarətindən çıxıb,dövlətin hesabına keçib. (Faktinfo.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ siyasətində yeni dönəm? Buna kimlər çalışır və onların uğur qazanmaq şansları nə qədərdir?!

admin

İsa Həbibbəyli – dünyanın 8-ci möcüzəsi

redaktor

“Tramp Putini dayandırmağın yeganə yolu kimi Donbasın verilməsini görür” – Zelenski

redaktor