Cəmiyyətİqtisadiyyat

Əkrəm Həsənov: “Azərbaycanda iqtisadiyyat və hüquq üzrə heç vaxt alim olmayıb, nə Nobel mükafatı?”

“Hələ bir elm olsun ki, “Nobel”ə gedib çıxaq. Azərbaycanda iqtisadiyyat boşdur. Elm yoxdur. Xarici ölkələrdə necədir? Gərək, elmi əsərlərin ola. Elmi əsər var ki, üzə çıxaraq? Bizdə elə-belədir… Heç kimin xətrinə dəymək istəmirəm, Azərbaycanda humanitar sahə üzrə bu dəqiqə alim yoxdur”.

Tacxeber.com xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənovdeyib.

“İqtisadiyyat, hüquq, tarix, filologiya, politologiya, sosiologiya – fərq etməz. Bizdə alim yoxdur. Nə “Nobel” mükafatı? “Nobel” pikdir, alimlər üçün ən yüksək həddir. Fəlsəfə doktoru, elmlər doktoru dissertasiyaları… Hamısı fiksadır. Ölkəmizdə heç bir elmi nailiyyət yoxdur. Hanı elmi kitablar? İqtisadi sahədə heç olmasa Azərbaycana həsr olunmuş ağıllı-başlı bir elmi əsər var? Dəqiq elmlər sahəsində ola bilər, hansısa alimlər qalıb. Bizdə iqtisadiyyat və hüquq üzrə, ümumiyyətlə, heç vaxt alim olmayıb. Əvvəllər tarixdən Fəridə Məmmədova, Ziya Bünyadov, İqrar Əliyev kimi alimlər olub. Allah rəhmət eləsin. İndi tarix və filologiya tam siyasiləşib” – o bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün Milli Qəhrəman İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür

redaktor

Kişilərə 14 günlük ödənişli məzuniyyət

redaktor

Marketdə 17 qəpiyə satılan yumurtanı Rusiyaya 16,8 qəpiyə satırıq

redaktor