DünyaŞou

“Qocalıq bizi ayırdı” –79 yaşlı “komissar Kattani” və 40 yaşlı arvadı /FOTOLAR

“Mən gənc qadınları sevirəm“. Məşhur italyan aktyoru Mikele Plaçido müsahibəsində qürurla bildirib.

Amma görünür bu ehtiras ona qarşı qəddar bir zarafat edib. Bu gün aktyorun 79, həyat yoldaşı Federika Vincenti isə cəmi 41 yaşındadır. Hər ikisi qocalığın onları ayırdığnı gizlətmirlər.

Mikele Plaçido 1986-cı ildə SSRİ televiziyasında yayımlanan “Sprut” filmində komissar Kattanini oynayıb. Plaçido Sovet İttifaqında ən sevilən xarici aktyorlardan biri olaraq məşhurlaşdı.

O, bu gün də İtaliyada ulduz olaraq qalır – aktyor, rejissor və ssenarist olan Plaçidonun həyatını paparatsilər və media yaxından izləyir.
O, ən böyük şöhrətini vətənində “Giorno della Civetta”, “Cadaveri Superb”, ​​”Cənnətdə Opera Dərsi” və “Giorno della Civetta 2” filmlərində oynadığı  rolları ilə qazanıb.

Amma “Kattaninin” şəxsi həyatı qaynar olub.
Xarizmatik Plaçido təkcə sovet qadınları arasında məşhur deyildi.  Onun cazibəsi istənilən gözəli ram edirdi.

Aktyorun beş övladı var.  Onların arxasında üç evlilik və saysız-hesabsız münasibətlər durur. Bu münasibətlərin bəziləri uşaqların dünyaya gəlməsi ilə nəticələnib.

Mikele Plaçido 1946-cı ildə İtaliyanın Askoli şəhərində anadan olub. O, kasıb, dindar bir ailədə böyüyüb. Yeddi qardaş və bir bacı olublar. Mişel rəssam olmaq istəyirdi, amma bunu qeyri-mümkün bir xəyal hesab edirdi.
Hərbi xidmətdən və valideynləri üçün yük olmaqdan qaçan Mikele Romaya gedərək polisə düzəlib. Bu, ona teatr məktəbinə daxil olmaq şansı verdi. Paytaxtda təvazökar gözəl İlaria Lezzi ilə tanış olan Mikele tez bir zamanda evlənməyə qərar verdi.
Gələcək aktyor həyatında yalnız bir ailəsinin olacağına qətiyyətlə inanırdı. O, bu nümunəni valideynlərində görmüşdü.

Lakin Plaçidonun həyatında hər şey tamamilə fərqli oldu. Gənc qadınlar üçün cəlbedici aşiqə çevrildi.
Hələ polisdə işləyərkən Mikele Milli Aktyorluq Akademiyasına daxil ola bildi. Gözəl, istedadlı gənc oğlan tezliklə  axtarılan aktyor oldu. 1969-cu ildə teatra işə götürülən Plaçido 1972-ci ildə filmdə ilk rolunu oynayır.

Səhnə sənəti Mikelenin həyat yoldaşına sədaqəti üçün çox böyük bir sınaq oldu. Ətrafda onun diqqətini çəkən çoxlu gözəl qadınlar var idi. Tələbə cazibəyə qapıldı. O, arvadı İlariyanı sevirdi, amma İlariya çox təmkinli idi və Placidonun azad ruhunu paylaşa bilmirdi: Güclü bir ailə arzuları müvəqqəti olaraq unuduldu, təvazökar həyat yoldaşı da.
Mişel uzun müddət boşanma ilə mübarizə apardı. İtaliyada dini nikahlar ayrılmağa yol vermir. Plaçido subaylığını bərpa etmək üçün xeyli səy göstərdi.

Mikelenin ikinci həyat yoldaşı aktrisa Simonetta Stefanelli idi. O, hələ evli ikən ona aşiq oldu. 16 yaşında Simonetta məşhur “Xaç atası” filmində Maykl Korleonenin həyat yoldaşı rolunu canlandırdı. Bununla onun karyerası başladı, lakin özündən 10 yaş böyük olan Plaçido ilə evləndikdə tezliklə sona çatdı.

1976-cı ildə Simonetta Violante adlı bir qız dünyaya gətirdi və müvəqqəti olaraq sənətdən uzaqlaşdı.  1990-cı ildə cütlüyün ikinci övladları Mikelancelo dünyaya gəldi. Bir il sonra onların Brenno adlı oğulları doğuldu. Mikel və Simonetta 15 il evli oldular, iki il sonra boşandılar. Mikelenin Simonettadan ayrılmaq niyyəti yox idi. Lakin evlilikləri zamanı o, aktrisa Vircinya Alexandre ilə münasibətə başladı. 1988-ci ildə İnigo adlı bir oğlu dünyaya gəldi.
Aktyor daha sonra xəyanəti haqqında belə deyirdi: “Bu, ömürlük münasibət deyildi, bir an idi.”
Simonetta ərinin qanunsuz övladı haqqında yalnız 1994-cü ildə xəbər tutdu və dərhal boşanmaq üçün müraciət etdi. Plaçido ikinci boşanmadan son dərəcə kədərlənmişdi. O, özünü son dərəcədə günahlandırır, dörd uşağının taleyinə kədərlənirdi.

Mikele üçüncü həyat yoldaşı Federika Vinsenti ilə 2002-ci ildə tanış oldu. Gözəl, 18 yaşlı əyalətdən olan qız Romadakı teatr studiyasında oxumaq və aktrisa olmağı arzulayırdı.
Onlar bir dəfə, sonra iki dəfə danışdılar və bundan sonra bir-birinə aşiq oldular: “Mən gənc oğlan kimi aşiq oldum, amma sevgi hekayəmiz çox dramatik şəkildə başladı. Valideynləri münasibətimizə qarşı idilər. Heç kim, heç kim sevgimizi başa düşmürdü.”
Federika hamilə qalanda valideynləri reallığı qəbul etməli oldular.

Plaçido ilə Vinsenti arasında 38 yaş fərqi var idi, amma aktyor bunu hiss etmirdi. Onu sevdiyinə əmin idi.
Lakin çoxları gənc qızın hisslərinin səmimiliyinə şübhə edirdi. Axı o vaxta qədər Plaçido artıq təkcə məşhur aktyor deyil, həm də rejissor və ssenarist idi. O, Federikanı bir neçə filmində də çəkdi. Amma gözlənilməz hadisə baş verdi: Vincenti özü aktrisa olmaq fikrini dəyişdi. O, proqramlaşdırma təhsili aldı və xoşbəxtliklə yaradıcılıq sahəsindən İT-yə keçdi.
Bu vaxtlar Plaçido Federika ilə evlənməyə tələsmirdi. Cütlük 10 il birlikdə yaşadılar və münasibətlərini heç bir rəsmi sənədlə məhdudlaşdırmadılar.  Hətta 2006-cı ildə sağlam bir oğul dünyaya gətirməsi belə aktyoru evlənməyə məcbur edə bilmədi. O, həyat yoldaşını sevirdi və uzun müddət başqa qadınlara baxmırdı. Amma aktyor azad olmaq hissindən həzz alırdı.
Günlərin birində aktyor birdən öhdəliklərdən azad olmadığını anladı və evlənmək qərarını elan etdi. 2012-ci ildə Mikele nəhayət Federikanı nikah masasına çıxardı. “O, mənim gəncliyimi uzatdı. Bu, gözəl bir hekayədir. Biz bir olduq; o, mənsiz heç nə etmir və əksinə. Bütün cütlüklərdə olduğu kimi, intim ehtiras da bitir. Bizi kino və teatr sevgisi birləşdirir. O, mənim həyatımdakı ən vacib qadındır”, – deyə Plaçido dəbdəbəli toy şənliyindən sonra demişdi.

Amma bir neçə il sonra -2017-ci ildə Federika Vinsenti təəccüblü bir etiraf elədi: “Mişelin qocalığı bizi ayırdı. Bizim fərqli məqsədlərimiz və istəklərimiz var. Mən hələ gəncəm, güc və enerji ilə doluyam, o isə… o artıq fərqlidir.”

Lakin Federika daha sonra jurnalistlərin onun sözlərini təhrif etdiyini iddia edərək özünü doğrultmağa çalışmışdı: “Mişeldə məni həmişə heyrətləndirən onun müdrikliyi idi, mən bunu yaşdan daha vacib hesab edirəm”. Federika ərinin həmişə onun üçün xüsusi olacağını vurğulamışdı.
Mikele Plaçido da öz növbəsində həyat yoldaşını dəstəklədi. O, Federikaya olan dərin sevgisinə baxmayaraq, hər ikisinin yaş fərqi ilə mübarizə aparmalı olduğunu söyləmişdi: “Federika hələ gəncdir, həyat doludur və mən yaşın ağırlığını hiss etməyə başlayıram.”
Plaçido vurğulayıb yaş fərqi onlar üçün heç vaxt keçilməz bir maneə olmayıb, əksinə birlikdə aradan qaldırmağı öyrəndikləri bir çətinlik olub.

Çətinliklərə, ziddiyyətlərə və müvəqqəti zəifliklərə baxmayaraq, cütlük birlikdə yaşamağa davam edir. Mikele və Federika öz nümunələri ilə sübut edirlər ki, anlayış və sevgi olduqda, yaş sadəcə bir rəqəmdir.(AzPost.az)

Tacxeber.com

 

Oxşar xəbərlər

Trampdan fərqli olaraq, Avropa Rusiyayla iqtisadi əlaqələri bərpa etmək niyyətində deyil.

admin

Prezident və xanımının qatıldığı açılış mərasimindən maraqlı görüntülər – VİDEO

redaktor

Korrupsiyanın da millisi olur, və ya olmalıdırmı?! (Düşünmək üçün)

redaktor