CəmiyyətŞou

Ofelya  Şabanova Xəzər TV efirindən niyə uzaq düşüb?

Müğənni Ofelya Şabanova Xəzər TV-dən gileylənir. O deyir ki, Murad Dadaşov ora rəhbər təyin olunanda çox sevinib. Hətta sevincini bütün sosial şəbəkə səhifələrində izləyiciləri ilə bölüşüb.

Elə indi də Xəzər TV rəhbəri haqqında rəyinin dəyişmədiyini bildirir. Ofelya xanımı narazı salan bu televiziyada müğənnilər arasında ayrıseçkilik salınmasıdır.

O, bunun bəzi əməkdaşların işi olduğunu və bundan Murad müəllimin xəbərsiz olduğuna əminliyini bildirir.

Ofelya xanım səhnə davranışında, libas seçimində həmişə milli-mənəvi dəyərləri, ailə dəyərlərini üstün tutduğunu, bunu unutmadığını deyir.

Deyir ki, Murad müəllimi də həmişə bu dəyərlərə xüsusi önəm verən insan olduğunu görmüşəm.

Murad Dadaşov aparıcısı olduğu müxtəlif şou xarakterli verilişlərdə də hər zaman qonaqların, iştirakçıların kamera, ekran önündə əndazəni aşmamasına fikir verib, efir mədəniyyətini qoruyub.

Yeri gələndə iradını bildirib. İndi belə bir insanın tabeliyindəki adamların ifası, geyimi yerində olan müğənnini efirə dəvət etməmələrinin səbəbi məlum olmur.

Yarıçılpaq, sözünü-söhbətini bilməyənlər efirdə meydanı ələ keçirir, amma abır-ismətlə gələnlər buraxılmır.

Ofelya Şabanova deyir ki, bir neçə dəfə Xəzır TV-nin verilişlərinə dəvət olunub. Lakin son anda bu televiziyada qəbul olunmadığına görə adının siyahıdan silindiyini özü əməkdaşların danışığından eşidib.

Sənətçi bunun sirrini çözə bilmir. Bunun üçün də şəxsən Murad Dadaşovun bu məsələni araşdırmasını xahiş edir.

 

Sima Babayeva

Tacxeber.com

Oxşar xəbərlər

COP29-a görə həbsdəki abzasçıların ailə ilə telefon danışıqları 2 dəqiqəyə endirilib

admin

Elməddin ilk dəfə xanımı ilə efirdə – Video

redaktor

“Siyəzən Broyler”in həyətində insan sümükləri aşkarlandı

admin