İsveç hökuməti Ukraynanın qarşıdan gələn qış mövsümünə hazırlıq prosesinə dəstək məqsədilə 1,1 milyard İsveç kronu (116,41 milyon dollar) məbləğində yardım ayıracağını açıqlayıb.
Tacxeber.comxəbər verir ki, İsveçin xarici işlər naziri Maria Malmör Stenerqard noyabrın 20-də verdiyi bəyanatında Skandinaviya ölkələrinin NATO üzvləri arasında Ukraynaya ən çox dəstək göstərən dövlətlər olduğunu bildirib. Onun sözlərinə görə, mövcud vəziyyət uzunmüddətli perspektivdə dayanıqlı deyil və yükün ədalətli bölüşdürülməsinə ehtiyac var.
Malmör Stenerqard qeyd edib ki, Skandinaviya ölkələri Ukraynaya göstərilən NATO hərbi yardımının üçdə birini təmin edir. Nazir Avropa İttifaqını Rusiyanın dondurulmuş aktivlərinə həbs qoymağa və həmin vəsaitləri Kiyevə yeni yardım paketinin formalaşdırılmasında istifadə etməyə çağırıb. O, həmçinin vurğulayıb ki, 2022-ci ildən bəri Aİ ölkələri Ukraynanın dəstəklənməsinə nisbətən Rusiyadan enerji resurslarının idxalına daha çox vəsait yönəldiblər.
Qeyd edək ki, Avropa Komissiyası daha əvvəl Ukraynanın 2026–2027-ci illər üzrə ümumi ehtiyaclarını 135,7 milyard avro həcmində qiymətləndirmişdi.
