İsmayıllı rayonununun nisbətən dağlıq ərazisində yerləşən, İvanovka kəndi və onun molokan sakinləri barədə məlumatı olmayan yəqin ki, az adam tapılar.
Bu özünəməxsus kəndin sakinlərininin əksəriyyətini, 200 il bundan əvvəl Rusiyadan bu ərazilərə köçürülmüş molokanlar təşkil edir. XX əsrin axırlarına yaxın sayları 20 mindən artıq olub. Hazırda xeyli azalıblar.
İvanovkada, ölkənin heç bir kəndində mövcud olmayan möhtəşəm mədəniyyət sarayı və molokanların Azərbaycana gəlişinin tarixini əks etdirən ölkəşünaslıq muzüyi mövcuddur.
İndi kənddə cəmi 2700-ə yaxın adam qalıb. Onların da, yarısı, buraya keçək əsrin qırxıncı illərində köçüb gəlmiş, ləzgilərdir. Bu kənd vaxtı ilə Nikitinin kəndi kimi tanınırdı. Bu kəndin kolxozuna uzun müddət Nikitin başçılıq edib. Vaxtı ilə molokanlar arasında mövcud olmuş möhkəm sosial birlik , onun ölümü ilə sıradan çıxıb və pozulub.
İvanovka kəndi, bəlkədə keçmiş sovetlər məkanında kənd təsərrüfatı birliyi kimi mövcud olmuş kolxoz təsərrüfatının, bu günə qədər rəsmi qaydada ləğv edilmədiyi, yeganə kənddir. Əslində isə kolxozun torpaq sahələrinin çox hissəsi, Azərbaycanın digər bütün bölgələrində olduğu kimi, İcra hakimiyyətləri tərəfindən ələ keçirilərək, ayrı-ayrı şəxslərə satılıb. Hakimiyyət, bu unikal təsərrüfat birliyinin dağıdılması üçün əlindən gələn hər şeyi edib.
Ən başlıcası isə mövcud birlik və mütəşəkkilliyi pozub. Hazırda kənd sakinləri olan molokanlar arasında mövcun ictimai birlik son akkordlarını yaşayır. Molokanlar ərazini tərk edib, evlərini satıb, Rusiyanın müxtəlif reqionlarında, əsasən də Stavrapol vilayətində yaşayan qohumlarının yanına köçürlər. 200 il mövcud olmuş icma dağılmaq üzrədir.
Rayon hakimiyyət orqanları bu prosesi gücləndirmək üçün əllərindən gələn hər şeyi edirlər. Vaxtı ilə ölkənin ən varlı kəndlərindən və kolxozlarından biri olan İvanovka indi çətin günlərini yaşayır. Onların mütəşəkkilliyini qoruyub saxlayan əsas vasitə, ümumi təsərrüfar birliyi olub. İndi bu əlaqələr dağıdılıb.
Kənd sakinləri əsasən fərdi təsərrüfatlarında çalışmaqla özlərini dolandırırlar. Onların istehsal etdikləri kənd təsərrüfanı məhsulları, uzun illərdən bəri, ölkə ərazisində keyfiyyəti və orqanikliyi ilə tanınıb. Belə ki, kəndin sakinləri heç vaxt məhsula haram qatmayan insanlar, imici qazanıblar. İsmayıllı rayonuna istirahətə gələn əksər insanlar buraya səyahət edir, kəndin özünəməxsuu həyat tərzi və insanları ilə yaxından tanış olmağa çalışır və imkan daxilində kəndin məhsullarından alıb dadına baxırlar.
Yuxarıda qeyd etdiyim kimi, kənd hazırda ağır günlərini yaşayır. Müsahibim, Vadim adlı, orta yaşlı ailə başçısı bildirir ki, keçən il, Stavrapolda yaşayan anası onun yanına gəlibmiş.
Xəstələndiyindən rayon xəstəxanasına müraciət ediblər. Anası ona göstərilən münasibət və tibbi xidmətdən dəhşətə gəlib. Vadim özü də, artıq rayonda yaşamağın mümkün olmadığı qənaətinə gələrək, Stavrapola, anasının yanına köçüb getmək barədə düşünür.
Təəssüf… Bu kənddə formalaşmış insani münasibətlərdən, örnək kimi çox şey götürmək olardı. Hələlik bu qədər.
